Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında hesabat konfransları davam edirŞəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.

Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 2-də və 3-də Gəncə, Samux, Göygöl və Daşkəsəndə təşkil olunub. Bu toplantılarda ağsaqqallarla yanaşı şəhər, rayon rəhbərlikləri, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən şəhər və rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən və ölkəmizin hərtərəfli inkişafından bəhs ediblər. Natiqlər, həmçinin ağsaqqalların şəhər və rayonların ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açaraq, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramovun, Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan söz açılıb. Ali və orta təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvlərinə, xüsusilə də gənclərimizə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasına böyük önəm verildiyi qeyd olunub. 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizin tarixi əhəmiyyətindən danışılıb, şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət göstərildiyi vurğulanıb.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, artıq koronovirus pandemiyasının zəiflədiyi bu dövrdə yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv quracaqlar.

Bayram Yusifov möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edərək, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən geniş vüsətli bərpa-quruculuq işlərindən, istifadəyə verilən hava limanından, tikinti və infrastruktur obyektlərdən, yüksək əhəmiyyətə malik yerli və beynəlxalq tədbirlərin keçirilməsindən böyük qürur hissi ilə danışıb. Bu, artıq danılmaz və çox sevindirici bir faktdır ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tükənməz səyi, incə zövqü əsasında Vətənimiz gündən-günə daha da gözəlləşir və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilir.

Bayram Yusifov onu da qeyd edib ki, ölkəmizdə gedən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü ciddi şəkildə göstərməkdədir. Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox əhəmiyyətli işlər həyata keçirilir, o cümlədən beynəlxalq əlaqələr möhkəmləndirilir. Belə ki, son bir il ərzində Şuranın rəhbərliyi Türkiyədə və Türkmənistanda olublar, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının Sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə çox səmərəli və maraqlı görüşlər keçiriblər. Həmçinin Eldar Quliyev Türk Dövlətləri Təşkilatında nüfuzlu ağsaqqal olaraq Türkmənistanı təmsil edən Qurbanqulu Berdiməhəmmədovun fəaliyyətini yüksək dəyərləndirərək və onu “Fəxri Ağsaqqal” ordeni ilə təltif edib.

Konfranslarda Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və digər ziyalılar, şəhər və rayon Ağsaqqallar Şurasının, həmçinin YAP-ın yerli təşkilatlarının üzvləri və başqa natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər.

Azərbaycanın hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevə vətənpərvərlik mövzusunda yazdığı şeirlərə görə “Qafqaz-Media” İB tərəfindən təltif olunduğu “Heydər Əliyev Zirvəsi-99” Fəxri diplomu və medalı təqdim edilib.



Nəcməddin Sadıqovun keçmiş köməkçisi həbs edildiBakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

​Elxan Məcidovu istintaq orqanı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.

Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.

Mərkəzi Ordu İdman Klubu (MOİK və ya el arasında “SK”) ictimaiyyət arasında məhz hərbi qulluqçuların pul müqabilində xidmətdən yayındığı, aylığa buraxıldığı hərbi hissə olaraq davamlı olaraq qınanıb.

Elxan Məcidovun əvvəllər Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqovun köməkçisi vəzifəsində işlədiyi, daha sonra elə şəxsi münasibətlərinə görə də bu vəzifəyə təyin edildiyi məlumdur.
Azərbaycanda daha bir vəzifəli şəxs SAXLANILDIŞəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən idarədə əməliyyat keçirilib.

Azər Rəcəbov korrupsiya əməllərində şübhəli bilinir. Onunla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlanıldığı deyilir.

A.Rəcəbov ötən ilin dekabrında Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinə müdir təyin olunmuşdu. O, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Dövlət Sosial Müdafiə Fondunda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə şəhər Regional İdarəsində işləyib.

Qeyd edək ki, bir neçə gün öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan, Şəki, Xaçmaz və Qazax rayonlarındakı şöbələrində də əməliyyat keçirilmiş, vəzifəli şəxslər saxlanılmışdı.

Baş Prokuorluğun Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
İstanbulda azərbaycanlı qadın güllələndiİstanbulun Ovçular rayonunda Hüsniyyə Bayramova adlı azərbaycanlı qadın silahlı hücuma məruz qalıb.

Məlumatı “Milliyet” yayıb.

Bildirilir ki, naməlum şəxs Azərbaycan vətəndaşı olan Hüsniyyə Bayramovaya tapança ilə atəş açaraq onu ayağından yaralayıb.

Sol diz qapağından yaralanan Bayramova təcili yardımla Bakırköydə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı Bayramovanın yanında olan qadın isə ifadə vermək üçün polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Prokurorluq özünü “yandıran” biznesmenlə bağlı məlumat yaydı25.11.2021-ci il tarixdə Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.

Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Üç futbolçu Azərbaycan millisindən qovulduQəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Avrasiya.net AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar.

Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
"TEKNOFEST Azərbaycan” Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin parlaq təzahürüdürAzərbaycan və Türkiyə münasibətiləri qədim tarixi köklərə malikdir. Tarixə nəzər salsaq aydın görərik ki, bütün dövrlərdə iki qardaş ölkə daim bir-birinə dayaq olub, keşməkeşli günlərimizdə, ciddi sınaqlarla üz-üzə qaldığımız vaxtlarda, eləcə də sevincli günlərimizdə qardaş dəstəyi hər zaman bir-birinin köməyinə yetişib. Sevindirici və qürurlandırıcı haldır ki, bu qardaşlıq və dostluq illərlə öz möhkəmliyini və sadiqliyini qoruyub, saxlayıb və gələcək nəsillərə ən böyük və əvəzsiz miras kimi ötürülür. Azərbaycanla Türkiyə arasındakı münasibətlər bütün sferalarda uğurla və xalqımızın maraqlarına cavab verəcək bir şəkildə davam edir. Bu münasibətlər isə öz növbəsində dövlətlərimiz və xalqımızı daha da qətiyyətli və güclü edir.

Ulu öndərlərimiz, görkəmli dövlət xadimləri, dahi şəxsiyyətlər Heydər Əliyev və Mustafa Kamal Atatürk Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu çox gözəl və dəqiq ifadə edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, “Biz bir millət, iki dövlətik”, ulu öndər Mustafa Kamal Atartürk isə “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” fikirləri ilə bu həmrəyliyimizi və birliyimizi ən yüksək səviyyədə göstərmişdir.

Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST Azərbaycan”ın Türkiyədən sonra ilk dəfə olaraq Azərbaycanda keçirilməsi həmrəyliyimizin daha bariz bir nümunəsidir, ölkəmizə və xalqımıza olan sevginin göstəricisidir. Bu festivalın ölkəmizdə ən yüksək səviyyədə təşkil edilməsi ölkələrimiz arasında digər sahələrlə yanaşı, texnologiya və aerokosmik sahələrdə də uğurlu iş birliyinin olmasını və olacağını göstərir. Burada gənc tədqiqatçıların və ixtiraçıların layihələrinin təqdimatı və dəstəklənməsi isə gələcəyimizə və dövlətlərimizin gələcək inkişafına olan ümidlərimizin özünü doğrultduğunu və davamlı olacağını ifadə edir. Yeniyetmə və gənclərimizin festivalda xüsusilə fəal iştirak etməsi və uğurlu təmsilçiliyi, müxtəlif istiqamətlər üzrə təqdim etdikləri layihələr bu sahələrin inkişafına mühüm töhfədir. İnanırıq ki, öz savadı, potensialı və istedadı ilə daim seçilən türk gəncliyi aerokosmik və texnologiya sahələrində də uğurlarını əzmlə davam etdirəcək və dünyadakı gücünü bir daha sübut edəcək.

Sözsüz ki, bu sahələrin inkişafı və gənclərimizin marağının olması dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlarla sıx bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 28 may tarixində Bakıda keçirilən festivalda çıxışı zamanı bir sıra tarixi, siyasi əhəmiyyətli məsələlərə toxundu. Dövlət başçısı 28 May Müstəqillik Günündə, məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə təşkil edilən festivalın əhəmiyyətini yüksək qiymətləndirərək, bu tarixi hadisənin birliyimizin və inkişafımızın təntənəsi olduğunu diqqətə çatdırdı. Azərbaycanla Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu, qardaş Türkiyənin Vətən müharibəsi zamanı, eləcə də bütün zamanlarda ölkəmizə və xalqımıza olan inamlı dəstəyindən bəhs etməsi isə millətimizin hər bir nümayəndəsinin ürəyindəki iftixarın və qürurun ifadəsi idi.

Azərbaycanın haqq uğrunda mübarizə apardığı bütün tarixi dövrlərdə, xüsusilə Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi, diplomatik və mənəvi dəstəyi əvəzsiz oldu. Dünyada aparılan bütün savaşlarda barışdırıcı missiyadan çıxış edən, özünün haqq səsini ucaldan Türkiyə bu dəfə də Azərbaycanın yanında oldu, ona dəstəyini əsirgəmədi. Bu həmrəylik və birlik dövlətimiz və xalqımız üçün olduqca böyük stimul idi. Dünyada bəzi ölkələr və beynəlxalq təşkilatlar tərəfindən aparılan ikilistandartlara qarşı mübarizədə haqlının yanında olmaq cəsarət tələb edir. Qardaş Türkiyə bu cəsarəti göstərərək bütün dünyaya Azərbaycanın yanında olduğunu sübut etdi. Bu birlik sözdə deyildi, əməldə idi və bütün dünya Azərbaycan-Türkiyə münasibətlərinin fonunda əsl qardaşlığın nə demək olduğunu gördü. Dünyada elə bir ikinci dövlət və xalq yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsun.

Bir sözlə, demək olar ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, müttəffiqlik, strateji tərəfdaşlıq əlaqələri dünya üçün əsl örnək nümunədir. Bu nümunə tarixən mövcud olub, bu gün də uğurla davam etdirilir. Sözsüz ki, bu əlaqələrin rəsmi müstəvidə daha da yaxınlaşdırılması, ən yüksək səviyyəyə çatdırılması dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın uzagörən siyasətinin nəticəsidir.

Bu gün bu əlaqələrimiz sürətlə inkişaf edir və bütün sahələri əhatə edir. Artıq Azərbaycan və Türkiyə əlaqələri təkcə siyasi, diplomatik müstəvidə deyil, bütün sahələr üzrə - hərbi, iqtisadi, sosial, mədəni və digər sahələrdə də qarşılıqlı maraq doğuran və dövlətlərimizin, xalqlarımızın inkişafına, milli maraqlarımızın, hədəflərimizin reallaşmasına yönəlik istiqamətində uğurla icra olunur.

Xüsusilə vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və dirçəldilməsi işində Azərbaycanla çiyin-çiyinə çalşan qardaş Türkiyə şirkətləridir. Türkiyə dövlətinin və xalqının, eləcə də Türkiyənin bir çox şirkətinin Qarabağımızın abadlaşdırılması istiqamətində səylə çalışması bizləri daha da ruhlandırır.

Əminik ki, aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək, yeni-yeni regional və dünya miqyaslı layihələrin icrasında ölkələrimiz bundan sonra da əzmlə çalışacaq. Bu həmrəylimiz bizi daha da gücləndirəcək, əlaqələrimizi möhkəmləndirəcək, ölkələrimizin gələcək inkişafı üçün əsl lokomativ rolunu oynayacaq. Güc birlikədir deyib atalarımız. Bu birlik bizi daha da güclü edəcək, dostlarımıza xoşbəxtlik, düşmənlərimizə əsl göz dağı olacaq.

Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Şok: "Yanıb ölən" direktor Yasamalda ələ keçdiDaxili İşlər Nazirliyi Sabirabad rayonunun Ətcələr kəndi ərazisində rayonun Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.

Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus KİA markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu Kaspian İnşaat MB MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.
Britaniya kəşfiyyatı Rusiyanın son taktiki uğurlarının səbəbini açıqlayıb“Donbasdakı mübahisəli ərazilərdə Rusiyanın hava sahəsindəki fəaliyyəti davam edir. Rusiyanın hava fəaliyyəti Ukraynanın silahla təchizatının qarşısının alınmasına yönəlib”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında yazılıb.

“Rusiya hava və yerüstü qanadlı raketlərdən istifadə edir. Amma bu zərbələr döyüşlərə əhəmiyyətli təsir göstərmək imkanında deyil. Rusiyanın dəqiq idarə olunan raket ehtiyatları tükənəcək. Hava və artilleriya zərbələrinin birgə istifadəsi Rusiyanın regiondakı son taktiki uğurlarında əsas amil olub”, - məlumatda bildirilib.
Bakıda kişi həyat yoldaşını oteldə bıçaqladıİyunun 4-ü saat 00:00-da Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” oteldə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Tərlan Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rüqayyə Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tərlan Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.