200-ə yaxın əcnəbi Azərbaycandan deportasiya edilibMiqrasiya sahəsində inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1133 qərar qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı 583, tətbiq olunan cəriməni ödəməklə ölkə ərazisini tərk etmələri barədə 199, ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə 384 olub.

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə ərazisinə girişini məhdudlaşdırma ilə bağlı qəbul edilmiş 469 qərardan 40-ı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 429-u isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilib.

Bunlardan 384-ü Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 45-i Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 20, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 55, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya ölkədə yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi ilə bağlı isə 6 qərar qəbul edilib.
Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcəkAzərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanmışdır.

Bu məqsədlə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 15-20 may 2022-ci ildə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyətinin 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində ilk olaraq qurumlar arası görüşlər və heyətlər arası mübadilə təlimləri keçiriləcək.

Daha sonra Şuşa şəhərini ziyarət və Azərbaycan - Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulub.

Gürcüstan “Avroviziya” təşkilatçılarına etirazını bildiribGürcüstan “Avroviziya - 2022” mahnı müsabiqəsinin təşkilatçılarına etirazını bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalından bildirilib.

Etiraza səbəb Gürcüstanın milli münsiflər heyətinin Ukraynanın xeyrinə səsverməsinin nəticələrinin dəyişdirilməsidir.

“Hazırda Avropa Yayım Birliyində (EBU) araşdırma aparılır. Nəticələrin yaxın zamanlada elan ediləcəyini gözləyirik”, - İctimai yayımçının məlumatında deyilir.

Qeyd edək ki, Gürcüstanın milli münsiflər heyəti Ukrayna təmsilçisinə 12 xal verib. Lakin müsabiqə təşkilatçıları efirdə 6 rəqəmini səsləndiriblər, 12 bal isə Böyük Britaniyaya verilib.

EBU-dan bildirilib ki, Gürcüstan da daxil olmaqla 6 ölkənin səsverməsi ilə bağlı düzgün olmayan sxemlər müəyyən edilib və bu səbəbdən milli münsiflər heyətlərinin səsverməsinin nəticələri şübhəli kimi tanınıb.
Rusiya hücumun qarşısını ala bilmir, geri çəkilirUkrayna ordusunun Xarkov istiqamətindəki əks-hücumunu dayandırmaq mümkün deyil.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Ruslar da hiss edir ki, bizim əks-hücumumuzu dayandıra bilməyəcəklər. Ona görə də xaotik şəkildə geri çəkilirlər, hücumlarımızın qarşısını almaq üçün körpüləri partladırlar”, - Denisenko bildirib.

Onun sözlərinə görə, ruslar qorxurlar ki, Ukrayna ordusu onların arxasına keçə bilər, ona görə də yolu kəsməyə çalışırlar.
İTV “Avroviziya-2022”-də baş verənlərlə bağlı açıqlama verib“Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində təəssüflə qarşılanıb.

Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik.

Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verildi. Qeyd edək ki, bu “qəribəlik”lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb.

Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.

Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.
Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək.
Füzulidə özünü güllələyərək öldürən polis zabitinin FOTOSUMayın 13-də Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı, 28 yaşlı İlkin Qasımovun fotosu yayılıb.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə yarasından vəfat edən Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, baş leytenant İlkin Qasımovun fotosunu təqdim edir.

Qeyd edək ki, İ. Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İlkin Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Axtarışda olan Afət Fərmanqızı ölkəni TƏRK ETDİMüğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.

Modern.az xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında bildirib. Sənətçi hava limanından görüntülərini paylaşaraq Rusiyaya həyat yoldaşının yanına getdiyini deyib:

“Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir".

Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.

Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.
Türk boksçu rinqdə infarkt keçirib öldüƏslən Giresunun Alukra rayonundan olan və Almaniyada yaşayan boksçu 36 yaşlı Musa Askan ötən gecə Almaniyanın Münhen şəhərində 84 kq çəki dərəcəsində üçüncü raundda infarkt keçirərək yıxılıb.

Axar.az xəbər verir ki, xəstəxanaya aparılan boksçu bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.

"Unikal"ın əldə etdiyi məlumata görə, Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

Bildirib ki, növbəti aydan onların əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq.

Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.
Şəhid ailələri və qazilərin təklifi nazirliyə göndərilib“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qazilərin, şəhid ailələrinin sosial problemlərinin araşdırılması və həllinə dəstək“ adlı Azərbaycan hökumətinin prioritet sahələrindən sayılan qazilərin və şəhid ailələrinin rifahının və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ildən-ilə gücləndirdiyi sosial siyasətinə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi layihəsini yekunlaşdırıb.

İctimai birlikdən verilən məlumata görə, Ağdam, Ağcabədi, Tərtər rayonlarının sakinləri olan 100 nəfər qazi, müharibə veteranı və şəhid ailəsinin üzvü arasında müqayisəli və sistemli təhlillər üzərində tərtib etdikləri 4 bölmədən, 37 əsas sualdan ibarət olmaqla sorğular aparılıb. Sorğularda qoyulan suallarda onların mənzil-məişət şəraiti, təhsil və sağlamlıq imkanları, peşə bacarıqları, sosial təminatları, COVİD-19 pandemiyası dövründəki həyat şəraitləri öz əksini tapıb.

Sorğular başa çatdıqdan sonra qazilər, müharibə veteranları, şəhid ailələri, icra orqanlarının əməkdaşları, bələdiyyə nümayəndələri, ictimai birliklərin və icma üzvlərini iştirakı ilə hər rayonda 4 görüş baş tutub. Ümumilikdə isə 300 nəfərin iştirak etdiyi 12 görüş keçirilib. Görüşlər zamanı cəmiyyətin qayğı və diqqətə ehtiyacı olan bu həssas qrupun rifahının yüksəlməsi istiqamətində müəyyən edilmiş strategiyanın daha da gücləndirilməsi üçün maraqlı təkliflər səsləndirilib.

Sorğuların nəticələri və görüşlər zamanı irəli sürülən təkliflər nəzərə alınaraq, ictimai birlik tərəfindən 20 bənddən ibarət təklif və tövsiyələr hazırlanıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.