İlham Əliyev Blinkenlə danışıqlar apardıAzərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Blinken tvitter hesabında paylaşım edib.

“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim” , - deyə Blinken bildirib.

I spoke with @presidentaz on the importance of resolving regional conflicts and pursuing a path to peace in the South Caucasus. I thanked Azerbaijan for the support provided to Ukraine.

— Secretary Antony Blinken (@SecBlinken) March 15, 2022
Ukraynada jurnalistlərin maşını atəşə tutuldu - Ölən varABŞ-ın “Fox News” telekanalının əməkdaşı Ukraynada həlak olub.

Bu barədə kanalın icraçı direktoru Suzanne Skot məlumat yayıb.

Kanalın operatoru Pierre Zakrzevskinin və kanalın müxbirinin olduğu maşın Qorenka kəndində atəşə tutulub.

Nəticədə jurnalist Benjamin Hall ağır yaralanıb, operator Pierre Zakrzevski isə həyatını itirib.
Agentlikdə TİKA rəsmisi ilə görüş keçirilibMartın 15-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru cənab Fatih Yılmazla görüş keçirilib.

Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq onlara Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. Ölkədə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdıraraq, Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub. O, TİKA-nın dəstəyi ilə Türkiyə-Azərbaycan QHT Akademiyasının təsis olunması məsələlərinə toxunub.

Görüş zamanı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru cənab Fatih Yılmaz çıxış edərək TİKA-nın Azərbaycanda icra etdiyi layihələr haqqında məlumat verib. Vətəndaş Cəmiyyəti sahəsində müxtəlif layihələrin olduğunu və TİKA-nın bu istiqamətdə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə eyni zamanda, Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı, layihələrin idarəolunması departamentinin müdiri Elnur Bağırlı, beynəlxalq əməkdaşlıq məsələləri üzrə menecer Toğrul Məmmədli, TİKA Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, TİKA Bakı Proqram Koordinasiya Ofisinin assistent Abbas Hümbətov iştirak ediblər.
Baş komandan: "Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçir"“Biz düşməni dayandırmaqla yanaşı, ehtiyat hissələri müəyyən edilmiş əks-hücum istiqamətində yerləşdirmişik”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy feysbuk səhfəsində müharibənin 20 gününün yekunundan bəhs edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri bir neçə istiqamətdə əks-hücuma keçir: “Ukrayna Silahlı Qüvvələri qarşısına qoyulan tapşırığı icra edir. Ukrayna hərbçiləri itki verir. Ancaq bizim itkilər rəqibinkindən bir neçə dəfə azdır”.
Musa Quliyev işlə bağlı Baş nazirə müraciət etdiMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Baş nazir Əli Əsədova müraciət edib. 

Bununla bağlı Musa Quliyev parlamentin iclasında hökumətin 2021-ci ildə görülən işlər haqqında hesabatının müzakirəsi zamanı çıxış edib. 

"Mən seçildiyim Gəncə şəhərinin problemlərinin həlli ilə bağlı işlər görülməsini istəyərdim. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əsas problemi işsizlikdir. Gəncədə xüsusilə qadınların və gənclərin işsizlik probleminin aradan qaldırılmasına ehtiyac var. Bu məsələyə diqqət yetirilməsini təklif edirəm", - deyə komitə sədri vurğulayıb.
Bakıda sabiq polis rəisinin barəsində əlavə ittiham irəli sürülübBakıda avtomatla avtomobilə atəş açan sabiq polis rəisi Rza Hacıyevin barəsində əlavə ittiham irəli sürülüb.

Bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.

O bildirib ki, R.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb: “Hazırda cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır”.

Qeyd edək ki, 2021-ci il dekabrın 16-da Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini R.Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb.

R.Hacıyevdən “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Onu da qeyd edək ki, R.Hacıyevlə Şirzad Quliyev şərik olublar.

Xatırladaq ki, R.Hacıyev keçmiş polis rəisi, təqaüddə olan polis polkovnikidir. O, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.
İlham Əliyev təməlqoyma mərasimində iştirak etdiBirləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib.
“İsgəndər” Ukrayna radarlarından belə yayınırRusiyanın İsgəndər-M raketləri hava hücumundan müdafiə sistemlərini aldatmaq üçün əvvəlcədən nəzərdə tutulmuş tələ raketlər buraxır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“ABŞ kəşfiyyat əməkdaşlarının məlumatlarına görə, hər qurğu təxminən bir fut (0,3 m) uzunluğundadır, narıncı quyruğu olan ağ ox şəklindədir. O, elektronika ilə təchiz olunub və İsgəndər-M-in yerini müəyyən etməyə çalışan düşmən radarlarını aldatmaq üçün radio siqnallar verir, raketləri özünə çəkən istilik buraxır. Bu cür yalançı hədəflərdən istifadə Ukrayna hava hücumundan müdafiə sisteminin Rusiyanın “İsgəndər” raketlərinin qarşısını almaqda niyə çətinlik çəkdiyini izah etməyə əsas verir”, - nəşr bildirib.