BDU-nun tələbəsi itkin düşüb - FotoBakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.

Avrasiya.net xəbər verir ki, universitetin ikinci kurs tələbəsi, 2003-cü il təvəllüdlü İlkin Qənbərli martın 1-də evdən çıxıb və geri qayıtmayıb.

Onu sonuncu dəfə metronun 20 Yanvar stansiyasının yaxınlığında görüblər.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbəsinin rəisi Elşad Hacıyev APA-ya bildirib ki, İlkin Qənbərlinin itkin düşməsi ilə bağlı axtarış elan olunub.

Bütün zəruri tədbirlər icraya yönəldilib.

"Onun fotoşəkilləri çoxaldılaraq polis əməkdaşlarına paylanılıb. Hazırda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur", - deyə Elşad Hacıyev qeyd edib.
Azər Allahverənov: “Agentlik layihələrin peşəkar şəkildə icra olunmasında maraqlıdır” – VİDEOAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” adlı layihəsinin icrası davam edir.Təsviri Plana uyğun olaraq layihənin internet televiziyasında ilk müzakirəsi keçirlib.

AXC TV-nin “Azad meydan” verilişinin qonağı olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov əvvəlcə cari məsələlərdən, daha sonra isə Agentliyin gördüyü işlərdən bəhs edib.Qonaq qeyd edib ki, sonuncu qrant müsabiqəsinin qalibi olmuş qeyri-hökumət təşkilatları hazırda mühüm mərhələyə, layihələrin icrası dövrünə qədəm qoyublar.

Müşahidə Şurasının üzvü əlavə edib ki, üçüncü sektor təmsilçilərinin sərbəst fəaliyyəti üçün lazmı şərait yaradılıb, təşkilatlarla Agentliyin koordinatorları arasında fasiləsiz fikir mübadiləsi aparılır, meydana çıxan suallara anında aydınlıq gətirilir, təkliflər verilir, işlər keyfiyyətli və faydalı əməkdaşlıq prinsipləri üzrə aparılır.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinə uğurlar arzulayan Azər Allahverənov xatırladıb ki, təşkilatın icra etdiyi layihənin mövzusu günümüzün aktual məsələlərindəndir.Narkomaniya ilə mübarizənin vacibliyini xatırladan qonaq nəzərə çatdırıb ki, bu işdə cəmiyyətimiz səfərbər olmalıdır.

Qeyd edək ki, layihənin icra müddəti 4 aydır.
Xanlar Vəliyevin müavini işdən çıxarıldıHərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
"İdman – sağlam həyat” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri məlum olub.ə5 Mart “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş “İdman – sağlam həyat” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri məlum olub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən rayon tam orta məktəblərinin VIII-XI sinif şagirdləri arasında “İdman həftəsi” çərçivəsində elan olunan müsabiqəyə 30-dan çox şagirdin inşa yazıları təqdim olunub. Müsabiqə sağlam həyat tərzinin və idmanın gənclər arasında təbliği, bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işlərinin aparılması, məktəblilərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirilməsi, həmçinin istedadlı gənclərin aşkara çıxarılması məqsədi daşıyıb. Martın 4-də müsabiqə ilə bağlı Gənclər Mərkəzində təşkil olunan tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev çıxış edərək qalibləri təbrik ediblər.

Daha sonra müsabiqədə fərqlənmiş inşa yazıları oxunub. Tədbirin sonunda yer tutan şagirdlərin adları elan edilərək fəxri fərmanlarla təltif olunublar. Müsabiqənin nəticəsinə əsasən şəhər 1 saylı tam orta məktəbin şagirdi Minayə Nəcəfova birinci, Gilgilçay qəsəbə tam orta məktəbin şagirdi Fatimə Zalova ikinci, şəhər 2 saylı tam orta məktəbin və şəhər 6 saylı məktəb-liseyin şagirdləri Fatimə Xalıqova və Sevinc Mustafayeva üçüncü yerə layiq görülüblər. Həmçinin şəhər 1 saylı tam orta məktəbin şagirdi Əfsanə Mustafayeva, şəhər 2 saylı tam orta məktəbin şagirdi Surət Məmmədli, şəhər 4 saylı tam orta məktəbin şagirdi Röya İlyasova, şəhər 5 saylı tam orta məktəbin şagirdi Fatimə Dostuyeva, Eynibulaq kənd tam orta məktəbin şagirdi Nisə İbrahimli və Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Nigar Rzayeva fərqləndiklərinə görə təltif ediliblər.


#Gənclərİdman #İdmanHəftəsi2022 #Azərbaycanİdmanı #AZEsport #inşa #müsabiqə #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
"Əldə olunmuş tarixi Qələbə dövlət başçısının güclü iradəsini nümayiş etdirdi"Yarandığı gündən “Dünənin, bugünün və sabahın partiyası” olan Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün sağlam qüvvələrini öz ətrafında toplayaraq ümumxalq partiyasına çevrilmişdir. Partiyanın siyasi həyatında baş verən proseslər içərisində Seçki kompaniyaları və keçirilmiş qurultaylar xüsusi yer tutmaqdadır. 2021-ci il mart ayının 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı nəinki partiyanın, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisə olmuşdur.

Qurultayda ölkə başçımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının geniş proqram xarakterli nitqində bir sıra taleyüklü məsələlərə, o cümlədən, partiyanın siyasi fəaliyyətinə xüsusi yer verilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, aparılmış genişmiqyaslı islahatların fonunda Yeni Azərbaycan Partiyasının daha çevik fəaliyyətini təmin etmək məqsədilə partiyanın strukturunda da islahatlar davamlı olmalıdır. Hazırda YAP Mərkəzi Aparatında və rayon təşkilatlarında aparılan struktur dəyişiklikləri partiyanın fəaliyyətinin daha səmərəli təşkili ilə yanaşı, partiyamızla xalq arasındakı mövcud birliyin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Qurultayda ölkə başçısı qeyd etmişdir ki, müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcəkdir. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb etmiş və son illər ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olmuşdur.

Qeyd edilməlidir ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarında deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu.

Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilmiş, mühüm hadisələr baş verib. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşulmuş və artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdır.

Bu vəziyyət isə əlbəttə ki, 44 günlük Vətən müharibəsinin aparıldığı dövrdə ölkədə sabitlik və siyasi həmrəyliyin təmin olunması baxımından son dərəcə mühüm amilə çevrilmişdir. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və ən əsası ölkəmizin ərazi bütövlüyünün bərpası təmin olundu.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb - FOTOLARMilli Məclisin komitə sədri Sadiq Qurbanov Siyəzən və Şabran rayonlarında şəhid ailələri ilə görüşüb.

Müvəkkil Hüquq Mərkəzi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində Siyəzən-Şabran rayonunda hüquqi maarifləndirici tədbir keçirib.

Siyəzən Mədəniyyət Mərkəzində keçirilən tədbirdə salamlama nitqi ilə çıxış edən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına yönəlik siyasətinin əsas qayəsini şəhid adlarının əbədiləşdirilməsi, qazilərimizin sağlamlığının təmin edilməsi, bu həssas qrupa aid olan şəxslərin sosial rifahının yaxşılaşdırılması təşkil edir: “Vətəndaş cəmiyyəti institutlarının bu sosial qruplara yönəlik layihələrini alqışlayıram. Hesab edirəm ki bu layihələr davamlı olmalı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu sahəni daimi diqqətdə saxlamalıdır”.

Tədbirdən sonra millət vəkilli Sadiq Qurbanov hər bir şəhid ailəsi ilə fərdi söhbətlər aparıb onların problemləri ilə maraqlanıb. Tədbir iştirakçıları millət vəkilinə öz təşəkürlərini çatdırıblar.

Həmin günü komitə sədri Sadiq Qurbanov Şabran Rayon Heydər Əliyev Mərkəzində eyni məzmunda keçirilən tədbirə qatılıb.tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Mehdi Balabəyov, Heydər Əliyev Mərkəzinin rəhbəri Təvəkül Əliyev də iştirak ediblər.

Tədbirdə şəhdi adlarının əbədiləşdirilməsi ilə bağlı geniş müzakirə keçirilib, təkliflər səsləndirilib. Şabran rayon ərazisində salınacaq Zəfər müharibəsinə və şəhidlərimizə həsr edilmiş “Dəmir yumruq” parkının eskiz layihəsi təqdim edilmişdir. Millət vəkili Sadiq Qurbanov yeni salınacaq parkın yaşıllıqla təmin olunmasına yardım edəcəyini bildirib.

Publisist Hacı Malik Xəlil Ağagül oğlu Şabran şəhidlərinə həsr olunmuş "Qısa ömrün uzun illəri" adlı kitabı millət vəkili Sadiq Qurbanova təqdim edilib. Tədbir İştirakçıları komitə sədri Sadiq Qurbanova öz təşəkürlərini bildiriblər.

Qeyd edək ki, Siyəzən və Şabran rayonlarındakı tədbir çəçivəsində əlli nəfərdən artıq şəhid ailəsi fərdi qaydada dinlənilərək olnların problemləri ilə maraqlanılıb.




YAP-ın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edirMüasir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarıb, ümummilli fəlakətin – vətəndaş müharibəsinin qarşısını alıb, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyub və atəşkəs rejiminin tətbiqinə nail olub, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir. 1992-ci il noyabrın 21-də bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə, əslində, siyasi xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və qələbə təminatına görə unikaldır. YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu partiya ümumxalq partiyasıdır. Bu partiyada cəmiyyətin bütün təbəqələri iştirak edir. Həmçinin partiya hər zaman islahatlara açıqdır.

Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində dediyi kimi, “Dünənin, bu günün və gələcəyin partiyasıdır”. YAP-ın yaradılması ulu öndər Heydər Əliyevə Azərbaycan cəmiyyətinin sifarişi idi, çünki bu partiya yaradılmadan Azərbaycanın gələcəyi və Azərbaycanın çox ciddi siyasi-iqtisadi kataklizmlərdən çıxış yolu yox idi. Məşhur “91-lər”in müraciəti əsasında zəmanəmizin dühası ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə razılıq verdi. Nəticədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yaradıldı. Naxçıvandan başlayaraq bütün Azərbaycanın nicatına gedən yolun əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurətə çevrildi. 1993-cü il iyunun 15-də Azərbaycanın qurtuluş tarixi başlandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası real müstəqilliyinə qovuşdu. Xalq artıq sahibsiz deyildi. Ona dünya səviyyəli Lider Heydər Əliyev rəhbərlik edirdi. Qarşıda isə dövlətçiliyimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən siyasi hadisə - yeni prezident seçkilərinin keçirilməsi məsələsi dayanırdı. Heç kəsə sirr deyildir ki, Ulu Öndər 1993-cü il oktyabrın 3-də keçiriləcək prezident seçkiləri öncəsi seçkiqabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü.

Ulu öndər Heydər Əliyevin xalq tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Xalq Cəbhəsinin əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri ilə barışa bilmir, əvvəlcə referendumu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstremist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da ulu öndər Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Bu sui-qəsd addımı da, sonralar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə cəhdlər də nəticəsiz qaldı. Ulu Yaradan və xalq sevgisi missiyası millətin və dövlətin xilaskarı olan ümummilli lider Heydər Əliyevi hifz etdi. O, qalibiyyətlər üçün doğulmuşdu. 1993-cü il oktyabrın 3-də prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu.
Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Öz əməlləri ilə xalqın və dövlətin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir.
Xalq ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu.

Beləliklə, ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz Müzəffər Liderinin-Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək iqtidarında və niyyətindədir

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sahibkarları üçün təlimlər keçirilibAzərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin(AOPE) icra etdiyi “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” adlı layihənin növbəti təlimi 4 mart 2022-ci il tarixində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyi Mədəniyyət evində baş tutmuşdur.

AOPE-nin təlimçisi Sitarə Səfərova tərəfindən idarə olunan təlimdə işğaldan azad edilmiş ərazilərdən olan keçmiş məcburi köçkün sahibkarlar iştirak etmişdir. Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından olan sahibkarların öz torpaqlarına qayıtdıqdan sonra həyata keçirəcəkləri biznes layihələrin müasir dövrün yaşıl artım iqtisadi siyasətinə uyğun olması ilə bağlı maarifləndirmənin həyata keçirilməsidir.

Təlimdə ölkə iqtisadiyyatının uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi, sahibkarlığın inkişaf etdirilməsi, regionlarda iqtisadi aktivliyin artırılması, azad edilmiş ərazilərə əhalinin qayıdışının və dayanıqlı məskunlaşmasının təmini və bu məqsədlə həmin ərazilərdə cəmiyyətin ən sağlam, müasir, komfortlu və abad yaşayış mühitinin yaradılması barədə danışılıb. Xüsusilə, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi və həmin qazanılan tarixi imic və təbii resurs bolluğunun bu ərazilərə investisiya cəlbinə imkan verəcəyi barəsində də bəhs edilib. Eyni zamanda, təlim müddətində yaşıl iqtisadiyyatın bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr də verilib.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində silsilə tədbirlər may ayına qədər davam edəcək.