GMİ sədri İranda səfərdə olubFevral ayının 12-dən başlayan bir həftəlik səfər müddətində dini, mədəni və ictimai sahədə fəaliyyət göstərən tanınmış beynəlxlaq mötəbər təşkilatların sədrləri ilə görüşmüşdür.

Görüşlərdə Gürcüstanda müsəlman icmasının dini vəziyyəti, dini sahədə görülən fəaliyyətlər, ölkələrimiz arasında din sahəsində əməkdaşlıq perspektivləri, dini qurumlar arasında reallaşdırla bilinəcək layihələr müzakirə olunub, müvafiq razılıqlar əldə edilib.

Şeyx Ramin İgidov və müavini Hacı Qurban Murquzov səfər çərçivəsində bir sıra mötəbər dini təşkilat sədrləri, o cümlədən: Ali dini rəhbərlik administrasiyasının Beynəlxalq əlaqələr üzrə məsulu Höccətül-İslam vəl-muslimin Möhsin Qumi, Beynəlxalq “Əhlibeyt” Assambleyasının baş katibi Ayətullah Rza Rəməzani, “Əlmustafa” Beynəlxalq Universitetinin rəhbəri Höccətül-İslam vəl-muslimin Doktor Əli Abbasi, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Beynəlxalq işlər üzrə müdiri Höccətül-İslam Mehdi Zare, "Əlhikmə" mərkəzinin sədri Höccətül-İslam vəl-muslimin Seyid Ryaz Həkim, Beynəlxalq "Alulbeyt" təşkilatının baş katibi Höccətül-İslam Seyid Cavad Şəhristani və digər məsullarla görüşüb.

Həmçinin müəyyən vaxtlarda isə Gürcüstandan ziyarət üçün Qum şəhərində olan gələn gənclərlə birgə müqəddəs ziyarətgahı və dini tarixi məkanları ziyarət etmişdir.


Qərbin Rusiyaya qarşı geosiyasi müharibəsiBu günlərdə Rusiya İctimai Palatasında (İP) "Qərbin Rusiyaya qarşı geosiyasi müharibəsi: Ukrayna keysi" adlı konfrans keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbiri giriş sözü ilə RF İctimai Palatasının üzvü M.Qriqoryev açaraq bildirib ki, "İP olaraq biz Rusiya və Ukrayna arasında məsələnin monitorinqi ilə məşğul oluruq. Fevralın 5-də Bloomberg agentliyi Rusiyanın artıq Ukraynaya hücum etdiyi barədə məlumat yaydı. Fevralın 12-də isə hücum tarixi kimi 15 fevral göstərildi. Fevralın 11-də Ağ Ev əminlik ifadə etdi ki, Rusiya Olimpiya oyunları zamanı Ukrayanaya hücum edəcək. Şpigel dərgisi fevralın 11-də yazdı ki, ABŞ xüsusi xidmət orqanları NATO müttəfiqlərinə təcili xəbərdarlıq edib ki, ən yaxın zamanda Rusiya Ukraynaya hücum edəcək. Politico nəşri hücumun tarixi kimi 16 fevralı göstərirdi. İndi baş verənləri biz İraq, Suriya, Liviyada müşahidə etmişik. Bu yaxınlarda nəşr olunmuş "Ağ dəbilqəlilər" kitabında biz Donbasda dunc əhalinin, qadınların və uşaqların atəşə məruz qalmasını beynəlxalq hüquq birmənalı şəkildə cinayət kimi qəbul edir". Geosiyasi ekspertizalar mərkəzinin rəhbəri V.Korovin isə çıxışında bildirib ki, Qərb bu müharibəni istəyir, ona hazırlaşır və bir neçə səbəbdən bu, ona lazımdır: müharibə Rusiya və Avropa arasında formalaşan strateji qarşılıqlı əlaqələri arxaya atacaq; Qərbə ümumi düşmən obrazı lazımdır; çat verən NATO konsolidasiya olmalıdır; Rusiyanın siyasi və maliyyə elitasını Putinə qarşı qaldırmaq lazımdır. Müharibə başlayacağı təqdirdə Rusiya oliqarxlarının Qərbdəki bank hesablarının müsadirə olunmasını təklif edən Qərb strateqləri bununla Putinin mövqelərini zəiflətmək və onun başqası ilə əvəzlənməsini sürətləndirmək istəyirlər. Geosiyasi qanunauyğunluq Quru (Rusiya) və Su (Qərb) arasında toqquşmanın labüd olduğunu bildirir və bunun qarşısını almaq üçün neytral xəttin - bufer zonanın yaradılmasını zəruri edir. Qərbin Ukraynaya doğru genişlənməsi Donbasdakı rus əhalisinin soyqırımı ilə nəticələnə bilər. Rusiya buna müdaxilə etməsə, əhali məhv ediləcək və həmin ərazi yenidən Ukraynanın tərkibinə keçəcək". Amerikalı jurnalist və siyasətçi T.Kerbi öz çıxışında bildirib ki, "mən 1981-ci ildə anadan olmuşam və həmin vaxt Soyuq müharibənin qızğın çağı idi. Ukrayna hadisələri ilə bağlı onu deyə bilərəm ki, Amerikaya hansısa katalizator lazımdır. Pyorl Harbor, "Men" kreyserinin məhvi, 11 sentyabr kimi. Mən əlbəttə peyğımbər deyiləm, lakin əminliklə demək olar ki, Üçüncü dünya müharibəsinə katalizator ola biləcək və ABŞ-ı cavab tədbirlərinə təhrik edə biləcək hadisələr Ukraynadan kənarlaşdırılıb. Hətta Zelinski Qərbdən müharibənin başlamasına dair dəlillər tələb edir, çünki o, özü də buna inanmır".Amerikalı siyasi şərhçi, bloger C.M.Duqan isə qeyd edib ki, Bayden Administrasiyası yeni Soyuq müharibə istəyir və bununla Pentaqondakı müharibə qızışdırıcılarını məmnun etməyə çalışır. Siyasətçilər hərbi konserlərin investisiya qoyduqları adamlardır. Yeni silahlara dair müdafiə kontraktları lobbistlərə böyük bonuslar verir. Ukraynanın NATO-ya buraxılmaması SSRİ-nin süqutundan sonra imzalanmış razılaşmalara daxil idi". RF İP Komissiyası sədrinin birinci müavini A.Malkeviç öz çıxışında bildirib ki, birbaşaRusiya daxilində informasiya terrorçuları fəaliyyət göstərir və onlara qarşı reaksiya verilmir. Hər saat sosial şəbəkələrdə yüzlərlə feyk məlumat yayılır".Rusiya-İtaliya münasibətləri üzrə mütəxəssis M.Beraldi çıxışında bildirib ki, əgər Rusiyaya qarşı informasiya müharibəsi baş verirsə, demək rəqib var. Müharibədə ilk şərt düşməni müəyyən etməkdir. Qərb həddən artıq qeyri-müəyyən məfhumdur. Anqlo-amerikalıları kontinental avropalılardan ayırd etmək lazımdır. İki real güc - milli elitalar və transmilli maliyyə arasında münasibətlər də bu məsələlərdə nəzərə alınmalıdır. Rusiyada milli hakimiyyət iqtidarda möhkəm idarəetməni əlində saxlasa da, maliyyəyə tam nəzarət edə bilmir. ABŞ-dakı milli elita dünyada ən güclü sayılır. O, enerji bazarını, hərbi sənayeni, silahlı qüvvələri, transmilli maliyyəni nəzarət altında saxlayır. ABŞ Federal Rezervin yaradıcısı olan beynəlxalq bankların təcəssümüdür. Bu SSRİ-nin süqutundan sonra ABŞ-da növbəli dövlət idarəçiliyinin, iki partiyanın növbə ilə hakimiyyətə gəlməsinin əsas səbəbidir.Ukraynyaya gəlincə, orada çevriliş olan zaman hakimiyyətdə maliyyəçilərin təmsilçisi Obama idi. Donbasda vətəndaş müharibəsi Tramp dövründə donduruldu, hansı ki, ABŞ milli maraqlarını təmsil edirdi
Elza Qırğızıstanın Bəstəkarlar İttifaqına üzv seçildiQırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin bu ayın 17 də keçirilən iclasında Azərbaycanın Əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.

Avrasiya.net xəbər verir ki, bu barədə bəstəkarın özü məlumat verib.

Qeyd edək ki, Elza Seyidcahan Qırğızıstanda keçirilən “İssık-Kul – Türkün inci dünyası” festivalına qatılacaq. Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim ediləcək.
Putin nüvə raketlərinin sınağına start verdiRusiya Prezidenti Vladimir Putin nüvə triadalarının iştirakı ilə təlimlərə start verib.

Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

Rusiya lideri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə ballistik raketlərin buraxılışını izləyir.

Müdafiə Nazirliyi bu manevrlərin plana uyğun olduğunu deyib. Təlimlərdə Hava-Kosmik Qüvvələri, Cənub Hərb Dairəsi, Strateji təyinatlı raket birləşmələri, Şimal və Qara dəniz donanmaları iştirak edir.
Eldar Əzizov Aparat rəhbəri vəzifəsini ona həvalə etdiBakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunub.

O, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında Şəhər təsərrüfatı şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev olub. Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Elgin Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
NATO Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağa çağırıb“NATO Rusiyanı Ukrayna ətrafındakı gərginliyin azaldılması istiqamətində əhəmiyyətli addım atmağa və qoşunlarını sərhəddən çıxarmağa çağırır”.

Bunu alyansın Baş katibi Yents Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

“Rusiyanın Silahlı Qüvvələrini sərhəddən çıxarması böhranın diplomatik yolla həlli istiqamətində ilk və vacib olar. Risklərin azaldılması məqsədilə Rusiyaya görüş təklifimi təkrarlamaq istəyirəm”, - o bildirib.

Baş katib Kremli diplomatiya yolunu seçməyi tövsiyə edib: “Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır. Bunu iki dünya müharibəsi də sübut edib”.
65 yaşlı qadın su çəninə düşərək öldüXaçmazda qadın su çəninə düşərək ölüb.

Avrasiya.net xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.