Məmmədov polis oğlunun işdən çıxmasından danışdıBir neçə ay əvvəl sabiq baş nazir Novruz Məmmədovun Daxili İşlər Nazirliyində çalışmış oğlu, polkovnik-leytenant İsmayıl Məmmədovun təqaüdə göndərilməsi ilə bağlı yerli mediada məlumat yayılmışdı.

Avrasiya.net xəbər verir ki, Novruz Məmmədov Qaynarinfo.az-a açıqlamasında hazırda oğlunun hansı işlə məşğul olmasından danışıb.

"Oğlum öz istəyi ilə ərizə yazaraq təqaüdə çıxıb və bundan sonra hər hansı bir vəzifə tutmaq fikri yoxdur. Özüm də onun işlərinə qarışmıram. Deyirdi "ata alacağım təqaüdlə maaşım arasında fərq azdır”. Ona görə, təqaüdü seçdi. Hazırda heç bir işlə məşğul deyil. Vaxtını ailəsinə, övladlarına sərf edir”, - N. Məmmədov bildirib.

Sabiq baş nazir övladının biznesinin olmadığını da deyib:

"Oğlumun elə bir biznesi də yoxdur ki, onunla məşğul olsun. Bundan sonra da çətin ki, olsun. Bu asan iş deyil".
Bu qız Bakıda itkin düşüb - FOTOBakıda 21 yaşlı qız itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu 175 sm., orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Azərbaycanda koronavirusdan ölənlərin sayı 8 500-ü ötübAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 145 nəfər müalicə olunaraq sağalıb, 8 510 nəfər vəfat edib, aktiv xəstə sayı 8 263 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 150, ötən müddət ərzində isə ümumilikdə 5 997 160 test aparılıb.


"Siyasətçi olmaq bizə başqalrı ilə müqayisədə qanun qarşısında heç bir üstünlük və toxunulmazlıq vermir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi


Sözün açığı, mən heç bir siyasətçinin, partiya sədrinin həbs edilməyini istəməzdim və buna müsbət yanaşmıram. Çünki mən özüm də siyasi fəaliyyətlə məşğulam, partiya sədriyəm. Ancaq biz partiya sədrləri də qanun qarşısında bütün vətəndaşlar kimi bərabərik. Necə deyərlər, qanun qarşısında boynumuz qıldan incədir. Siyasətçi olmaq bizə başqalrı ilə müqayisədə qanun qarşısında heç bir üstünlük və toxunulmazlıq vermir. Partiya sədri olmaq bizim yol verdiyimiz səhvlərə, qanun pozuntularına görə bizi məsuliyyət daşımaqdan əsla sığortalamır. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin həbsinə də hesab edirəm ki, ilk növbədə məhz bu rakursdan yanaşılmalıdır.

Belə ki, Əli Əliyev “Osmanqızı Tv”-yə verdiyi müsahibəsində 30 noyabrda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə olan digər zabitlərin şəhid olaraq nəşinin tanınmaz hala düşdüyü halda, iki nəfərin yüngül sınıqlarla xilas olmasından şübhələndiyini bildirib və özünün bu şübhələrini mütləq həqiqət kimi KİV üzərindən cəmiyyət arasında geniş şəkildə yaymağa çalışıb. Ancaq o bu zaman həmin açıqlaması ilə iki hərbçimizə nə kimi psixoloji sarsıntılar yaşadacağı barədə, özünün bu iddialarının sonrakı psixoloji fəsadları barədə isə qətiyyən düşünməyib.

Əlbəttə, siyasətçi öz düşüncələrini, mülahizələrini dilə gətirə, ictimailəşdirə bilər. Bu, hər bir siyasətçinin haqqıdır, hüququdur. Ancaq qarşı tərəf də bu mülahizə və iddialarla, böhtanlarla razılaşmamaq və o iddiaların, böhtanların müəllifini məhkəməyə vermək, dava açmaq hüququna malikdir. Sözügedən iki hərbçi də məhz bu xətti seçib və bu səbəblə partiya sədrini məhkəməyə verib. Buna görə onları kimsə qınaya bilməz. Ancaq çox təəssüf ki, qınayanlar tapılır.

Mən Əli Əliyevin həbsinə münasibət bildirən müxalif kəsimin nümayəndələrinin açıqlamalarını, arqumentlərini diqqətlə izlədim. Təəssüf ki, bir-iki müxalif partiya sədrini çıxmaq şərtilə, yerdə qalanlarının demək olar ki, hamısının açıqlamaları birtərəfli xarakter daşıyır. Onlar yalnız Əli Əliyevin tərəfini tutur, onun həbsini pisləyirlər. Ancaq Əli Əliyevin o hərbçilərə qarşı ədalətsiz mövqe sərgiləməsi isə əfsuslar olsun ki, bizim demokratlarımızı qətiyyən maraqlandırmır. Bu cür demokratlıq isə “ikili standart”lara söykənən demokratlıqdır, yarımçıq demokratlıqdır.

Bəzi opponentlərimiz bu həbsi “sözə görə adam tutmaq” kimi dəyərləndirib məsələni qəsdən bəsitləşdirməyə və həm də təhrif etməyə çalışırlar. Elələri də var ki, “Siyasi partiyalarla dialoq da belə getdi” deyib, bu yolla cəmiyyətdə ümidsizlik, pessimizm əhval-ruhiyyəsi yaratmağa səy göstərirlər. Bəs, görəsən, bu həbs hadisəsi həqiqətəndəmi söz azadlığının pozulmasıdırmı? Və yaxud, siyasi dialoqa son qoyulmasıdırmı?

Göründüyü kimi hər kəs bu məsələyə öz baxış bucağından, öz subyektiv vizyonundan yanaşır. Ona görə də Əli Əliyevin hüquqi məsuliyyət, cinayət məsuliyyəti yaradan əsassız iddiası, böhtanı qəsdən gözardı edilir, arxa plana keçirilir, eyni zamanda böhtana görə həbs edilməsi bu siyasətçinin söz azadlığına görə həbs edilməsi kimi təqdim edilir. Beləliklə də cəmiyyət çaşdırılır. Ancaq reallıq isə heç də bu cür deyil. Bu məsələyə “sözə görə adam tutmaq” pəncərəsindən boylananlar ya gerçək söz azadlığının mahiyyətini tam başa düşmür və onun sərhədlərini müəyyən edə bilmirlər, yadaki bu həbsi söz azadlığının məhdudlaşdırılması kimi qələmə vermək sadəcə olaraq onların siyasi maraqlarına cavab verdiyinə görə onlar bu xətti daha çox qabardırlar.

Bəli, istənilən siyasətçinin əsas fəaliyyət predmetlərindən biri məhz danışmaq və bu yolla cəmiyyətə, elektorata öz fikir və təxminlərini, proqnozlarını çatdırmaqdır. Lakin siyasətçilər səsləndirdikləri sözlərə görə, iirəli sürdükləri təxminlərə görə həm də məsuliyyət daşıyırlar. Düzdür, bəzi siyasətçi həmkarlarımız hesab edirlərki, guya burada hüquqi yox, yalnız mənəvi məsuliyyətdən söhbət gedə bilər. Xeyr, elə deyil. Onların bu yanaşması kökündən səhv yanaşmadır. Siyasətçinin səsləndirdiyi böhtan xarakterli fikir və iddialar hüquqi məsuliyyət də doğura bilər və hətta həbslə də nəticlənə bilər. Necə ki, nəticələndi də.

Əslində bu həbs gözlənilən idi. Baxın, Əli Əliyev indiyə qədər bu hakimiyyətə qarşı olduqca sərt ifadələr səsləndirib, tənqidlər ünvanlayıb. Lakin bu ifadələrə, bu tənqidlərə görə indiyə qədər heç kim onu məhkəməyə verməyib. Adam səsləndirdiyi siyasi fikirlərə görə heç vaxt məsuliyyətə cəlb olunmayıb, həbs edilməyib. Yəni ki, hakimiyyət onun tənqidlərinə həmişə dözüm və təmkinlə yanaşıb. Odur ki, Ə.Əliyevin hazırkı həbsini siysi sifariş adlandırmaq tamamilə absurd və ədalətsiz yanaşmadır.

VİP sədrinin həbsinin konkret motivi var. Adam sərhəd qoşunlarımızda xidmət aparan, məlum helikopter qəzasında ölümdən dönmüş zabitlərimizin ünvanına şər-böhtan söyləyib, heç bir əsası olmayan fikirlər bildirməklə helikopter qəzasını və iki hərbçinin sağ qalmağını şübhə altına alıb. Bu da birinci növbədə həm şəhid olmuş hərbçilərimizin ruhuna hörmətsizlikdir, həm də fiziki xəsarət almış sözügedən iki hərbçiyə eyni zamanda psixoloji zərbə vurmaq, onlara əlavə sarsıntı yaşatmaq deməkdir. Baxın, partiya sədrinin bu hərəkəti birbaşa hüquqi məsuliyyət yaradan hərəkətdir. Mən bunu həm də hüquq təhsili olan bir şəxs kimi deyirəm. Odur ki, birilərinin bu həbsə siyasi don geyindirib, bunu söz azadlığının, fikir azadlığının təqib olunması, məhdudlaşdırılması kimi təqdim etməyə və ajiotaj yaratmağa çalışması hüquqa da hörmətsizlikdir.

Müxalifətçi olmaq normal bir seçimdir. Ancaq müxalifətçi olmaq heç kimə söz azadlığının mahiyyətini təhrif etməyə əsas və ixtiyar vermir. Söz azadlığı qətiyyən saga-sola məsuliyyətsizcəsinə söz səpələmək kimi başa düşülməməlidir. “Mən müxalifətçiyəm deyə, kimi gəldi qaralaya bilərəm” anlayışı ilə hərəkət etmək olmaz. Müxalif partiyanın sədri “Ağanəzərəm, belə gəzərəm” təfəkkürü ilə hərəkət etməməlidir. Müxalifət partiyasının sədrisənsə, o zaman biraz daha artıq məsuliyyətli olacaqsan. Hətta ikiqat artıq məsuliyyətli olacaqsan. İsbat edə bilməyəcəyin, dəlil-sübut göstərə bilməyəcəyin heç bir subyektiv iddianı təkzibolunmaz fakt kimi, həqiqət kimi cəmiyyətə təqdim etməyəcəksən, tutarlı dəlil-sübutu olmayan ehtimalları ictimailəşdirməyəcəksən. İctimailəşdirəcəyin hər bir məsələnin, ağzından çıxaracağın hər bir sözün arxasında sənin məsuliyyətin dayanmalıdır. Sözünə cavabdehlik daşımağı bacarmalısan. Populizm xatirinə həqiqətləri təhrif etməməli, dezinformasiya yaymamalı və yaxud faktları öz bildiyin kimi, sənə sərf edən formada interpretasiya edib cəmiyyətə sırımamalı, cəmiyyəti yanlış istiqamətə yönləndirməməlisən.

Müxalifətçilik özbaşınalıq, hədsizlik demək deyil ki. Müxalifətçiliyin də “qırmızı xətt”ləri olmalıdır. Heç də hər məsələni, hər hadisəni siyasi xal yığmaq, siyasi dividend qazanmaq, populyar olmaq xatirinə, dar firqə maraqlarından ötrü istifadə etmək olmaz. Şəhidlərin faciəsi üzərindən siyasi alverlə məşğul olmaq, reytinq yığmaq isə heç olmaz. Bunlar mənəvi cizgilərin tapdalanması, “qırmızı xətt”lərin keçilməsi deməkdir. Odur ki, “Əli Əliyevin xüsusi sifarişlə, böyük ehtimalla hərbi əmrlə qaldırılmış iddia əsasında həbs edilməsi”ni iddia edən, bu həbsə söz azadlığına qarşı amansız mübarizənin, tənqidə dözümsüzlüyün, qanuna və hüquqa hörmətsizliyin daha bir nümunəsi kimi yanaşan bəzi müxalif partiya sədrləri bir zəhmət çəkib məsələyə həm də bu yöndən – “qırmızı xətt”lər, mənəvi cizgilər nöqteyi-nəzərindən də yanaşsınlar.

Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində təsadüfən sağ qalmış, yüngül xəsarətlərlə faciədən qurtulmuş hərbçilərə böhtan atacaqsan və buna görə heç bir məsuliyyət daşımayacaqsan əminliyin nə dərəcədə düzgündür? “Siz niyə ölmədiniz?”, deyə iki zabitimizi ittiham etmək hansı mənəviyyata sığır? Bəs, ortada bu boyda böhtan faktı varkən, bu böhtanı ictimai rəyə ötürən partiya sədrinin böhtana görə həbs olunmasını sifarişli həbs kimi, qanuna hörmətsizlik kimi təqdim edənləri necə başa düşək? Bu nə zehniyyətdir? Məgər bu zehniyyətin, bu yanaşmanın özü də birbaşa hüquqa qarşı hörmətsizlik deyilmi? Sizcə, böhtan atan bir şəxs (fərqi yoxdur partiya sədridir, yoxsa adi vətəndaşdır) buna görə heç bir cinayət məsuliyyəti daşımamalıdırmı, cəzasızmı qalmalıdır?

Əlbəttə ki, böhtan atan cəzalandırılmalıdır. Çünki iki hərbçimizin ləyaqəti tapdalanıb, onlar psixoloji sarsıntıya məruz qalıblar. Məhkəmə də buna adekvat qərar verib. Ancaq siz isə müxalifət olaraq buna etiraz edirsiniz. Bəyəm qanun hamı üçün eyni deyil ki? Yoxsa, olmaya, siz bu cür qəliz məqamlarda “ikili standart”lara üstünlük verirsiniz, ona görə? Siz bununla hüquqi nihilizmə yol verdiyinizin fərqindəsinizmi? Nə etdiyinizi heç başa düşürsünüzmü? Əgər bu həbs sizin iddia etdiyiniz kimi həqiqətən də siyasi sifariş idisə, onda iqtidar nə üçün bu həbsin müddətini misal üçün 5 il civarında təyin etmədi? Axı iqtidar həqiqətən də onun həbs edilməsində maraqlı idisə, sizin yanlış məntiqinizə görə Əli Əliyev 5 ay yox, daha uzun müddətə həbs edilməliydi. Məntiqinizlə reallıq arasındakı uyğunsuzluğu, rabitəsizliyi məgər görmürsünüzmü?

Zənnimcə, VİP sədrinin həbsi bizim hamımıza, bütün siyasətçilərə pis yöndən yox, yaxşı mənada profilaktik təsir göstərməli, el dilində desək, görk olmalıdır. O mənada görk olmalıdır ki, bundan sonra öz açıqlamalarımızda hüquqa zidd ifadələrə yol verməyək, hər hansı bir vətəndaşın (xüsusən də hərbçilərin) şərəf və ləyaqətini alçalda biləcək dəlilsiz-sübutsuz iddiaları reytinq xatirinə ictimailəşdirməyək. Bir sözlə, hər birimiz səsləndirdiyimiz müəyyən fikir və iddiaların hüquqi məsuliyyət yarada biləcəyini başa düşək.

Şübhəsiz ki, 14 zabitimizin həlak olduğu faciə üzərindən sağ qalmış iki zabitə qarşı efirdən emosional ifadələrlə böhtan atmaq cavabsız qala bilməzdi. Sözügedən iki zabitin bu böhtana görə VİP sədrini həbs etdirməyə tam da mənəvi haqqları çatırdı, onlar da bu haqqlarından istifadə etdilər və biz buna görə onları qınaya bilmərik. Əli Əliyevin müdafiəsinə qalxıb onun həbsi üzərindən özünə dividend qazanmaq istəyənlər heç olmasa, biraz da bu iki zabitimizin hissləri barədə düşünsələr, yaxşı olar. Bu qədər tərəfkeş və təəssübkeş olmayın, bəylər!

O ki qaldı Əli Əliyevin özünə, Allah onun da qapısını açsın və gələcəkdə siyasi karyerası həbslərlə müşayiət olunmadan davam etsin. Hətta Qərbin ən inkişaf etmiş demokratik ölkələrində də tutduğu vəzifəsindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq istənilən şəxsi təhqirə və böhtana görə məhkəməyə verirlər. Ölümün bir addımlıgına qədər gələn və zabit yoldaşlarını faciəli şəkildə itirən iki hərbçimizin özlərinin isə qəzadan həm fiziki, həm də psixoloji anlamda yaralı, zədəli vəziyyətdə sag çıxmalarına şübhə yaratmaq, bunu mübahisələndirmək həqiqətən də mənəvi və hüquqi məsuliyyət yaradan hərəkətdir. Bu, əlavə sübuta ehtiyacı olmayan aksiomadır. Ona görə də həbsi qınayanlar bu aksiomanı da nəzərə alsınlar, səbəbi də dilə gətirsinlər.


Rusiyaya münasibətdə özümüzü “tankın altına” atmamalıyıqAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Rusiyanın təhlükəsizlik məsələləri ilə əlaqədar ABŞ-la apardığı danışıqlar müsbət nəticələr vermədi. Necə düşünürsünüz, Rusiya Ukraynanı işğal edə bilərmi? Keçmiş sovet respublikalarının NATO-ya üzv qəbul edilməməsinə dair Rusiyanın tələbi BMT Nizamnaməsinə nə qədər uyğundur?

- BMT Nizamnaməsinə görə hər bir dövlət təhlükəsizliyini və xarici təcavüzə qarşı müdafiəsini təkbaşına və başqaları ilə birlikdə həyata keçirə bilər. Amma kimdir beynəlxalq hüquqa əhəmiyyət verən? Karib böhranı kimi tarixdə qalan, 1962-ci ilin oktyabırında ABŞ-la SSRİ arasında az qala nüvə müharibəsinə səbəb ola biləcək hadisələr nəyi özündə ehtiva edirdi? ABŞ təhlükəsizliyini əsas gətirərək Kubanı gəmilərlə mühasirəyə aldı və SSRİ-dən tələb etdi ki, Kubaya yerləşdirdiyi nüvə başlıqlı ballistik raketlərini oradan çıxarsın. Sonda razılaşdılar ki, SSRİ Kubadan, ABŞ isə Türkiyə və İtaliyadan nüvə silahlarını çıxarır, ABŞ Kubanı işğal etməyəcəyinə təminat verir. Beləliklə də bu razılaşma ilə dünya böyük bir fəlakətdən qurtuldu. Təqribən o vaxt ABŞ-ın etdiyini indi Rusiya edir. O zaman nüvə müharibəsi təhlükəsi yeni müharibənin qarşısını aldı. Onda da BMT var idi, amma o nəyi həll etdi?

Beynəlxalq hüquq, beynəlxalq öhdəliklər müasir dövrdə ciddi əhəmiyyət daşımır. Böyük nüvə dövlətləri nə vaxt nəyi özləri üçün məqsədəuyğun hesab edirlərsə onu da edirlər. Beynəlxalq hüquq normalarını da öz maraqlarına uyğun tərtib edirlər. Məsələn, “Nüvə silahının yayılmaması haqqqında” 1968-ci ildə beynəlxalq müqavilə imzalandı, 1970 -ci ildə qüvvəyə mindi, 1995-ci ildə müddətsiz olaraq uzadıldı. 1994-cü ildə ABŞ, Böyük Britaniya və Rusiya bu müqaviləyə istinad edib Ukraynadan nüvə silahlarını təhvil verməyi tələb etdi. Onlar bunun qarşılığında Budapeştdə memorandum imzalayıb Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. İndi aldadılmış Ukraynanın vəziyyəti göz qabağındadır. Bu gün də digər dövlətlərlə istədikləri kimi davrana bilmələri üçün “Nüvə silahlarının qadağan olunmasına dair” 2017-ci il müqaviləsinə BMT TŞ-nın nüvə silahına sahib olan beş daimi üzvü qoşulmur. Amma başqa ölkələri nüvə silahı yaradacağı halda sanksiyalarla, hərbi güc tətbiq etməklə hədələyirlər. Niyə Fransanın nüvə silahı ola bilər, amma ondan böyük Türkiyənin ola bilməz?

Beynəlxalq hüquq hansısa böyük dövlətin marağına uyğun olanda yada düşür. Əks halda o heç bir dövlətə təhlükəsizlik təminatı vermir, Ukraynaya vermədiyi kimi. Müasir dünyada dövlətlər öz təhlükəsizliyini və ərazi bütövlüyünü öz orduları və müttəfiqləri ilə təmin edə bilərlər. Biz öz təcrübəmizdən bunu yaxşı bilirik. Ümid edirəm, yenə də ABŞ-la Rusiya arasında hansısa gizli razılaşma böyük müharibədən yayınmağa imkan verəcək. Çünki müharibə olacağı təqdirdə nüvə silahının tətbiq olunmayacağına heç kim təminat verə bilməz. Həm də iki slavyan xalqı arasında böyük müharibə nəticəsi proqnozlaşdırıla bilməyən böyük fəlakətlərə yol aça bilər.



Axar.azAZRUENآذ


Rusiyaya münasibətdə özümüzü “tankın altına” atmamalıyıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Rusiyanın təhlükəsizlik məsələləri ilə əlaqədar ABŞ-la apardığı danışıqlar müsbət nəticələr vermədi. Necə düşünürsünüz, Rusiya Ukraynanı işğal edə bilərmi? Keçmiş sovet respublikalarının NATO-ya üzv qəbul edilməməsinə dair Rusiyanın tələbi BMT Nizamnaməsinə nə qədər uyğundur?

- BMT Nizamnaməsinə görə hər bir dövlət təhlükəsizliyini və xarici təcavüzə qarşı müdafiəsini təkbaşına və başqaları ilə birlikdə həyata keçirə bilər. Amma kimdir beynəlxalq hüquqa əhəmiyyət verən? Karib böhranı kimi tarixdə qalan, 1962-ci ilin oktyabırında ABŞ-la SSRİ arasında az qala nüvə müharibəsinə səbəb ola biləcək hadisələr nəyi özündə ehtiva edirdi? ABŞ təhlükəsizliyini əsas gətirərək Kubanı gəmilərlə mühasirəyə aldı və SSRİ-dən tələb etdi ki, Kubaya yerləşdirdiyi nüvə başlıqlı ballistik raketlərini oradan çıxarsın. Sonda razılaşdılar ki, SSRİ Kubadan, ABŞ isə Türkiyə və İtaliyadan nüvə silahlarını çıxarır, ABŞ Kubanı işğal etməyəcəyinə təminat verir. Beləliklə də bu razılaşma ilə dünya böyük bir fəlakətdən qurtuldu. Təqribən o vaxt ABŞ-ın etdiyini indi Rusiya edir. O zaman nüvə müharibəsi təhlükəsi yeni müharibənin qarşısını aldı. Onda da BMT var idi, amma o nəyi həll etdi?

Beynəlxalq hüquq, beynəlxalq öhdəliklər müasir dövrdə ciddi əhəmiyyət daşımır. Böyük nüvə dövlətləri nə vaxt nəyi özləri üçün məqsədəuyğun hesab edirlərsə onu da edirlər. Beynəlxalq hüquq normalarını da öz maraqlarına uyğun tərtib edirlər. Məsələn, “Nüvə silahının yayılmaması haqqqında” 1968-ci ildə beynəlxalq müqavilə imzalandı, 1970 -ci ildə qüvvəyə mindi, 1995-ci ildə müddətsiz olaraq uzadıldı. 1994-cü ildə ABŞ, Böyük Britaniya və Rusiya bu müqaviləyə istinad edib Ukraynadan nüvə silahlarını təhvil verməyi tələb etdi. Onlar bunun qarşılığında Budapeştdə memorandum imzalayıb Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. İndi aldadılmış Ukraynanın vəziyyəti göz qabağındadır. Bu gün də digər dövlətlərlə istədikləri kimi davrana bilmələri üçün “Nüvə silahlarının qadağan olunmasına dair” 2017-ci il müqaviləsinə BMT TŞ-nın nüvə silahına sahib olan beş daimi üzvü qoşulmur. Amma başqa ölkələri nüvə silahı yaradacağı halda sanksiyalarla, hərbi güc tətbiq etməklə hədələyirlər. Niyə Fransanın nüvə silahı ola bilər, amma ondan böyük Türkiyənin ola bilməz?

Beynəlxalq hüquq hansısa böyük dövlətin marağına uyğun olanda yada düşür. Əks halda o heç bir dövlətə təhlükəsizlik təminatı vermir, Ukraynaya vermədiyi kimi. Müasir dünyada dövlətlər öz təhlükəsizliyini və ərazi bütövlüyünü öz orduları və müttəfiqləri ilə təmin edə bilərlər. Biz öz təcrübəmizdən bunu yaxşı bilirik. Ümid edirəm, yenə də ABŞ-la Rusiya arasında hansısa gizli razılaşma böyük müharibədən yayınmağa imkan verəcək. Çünki müharibə olacağı təqdirdə nüvə silahının tətbiq olunmayacağına heç kim təminat verə bilməz. Həm də iki slavyan xalqı arasında böyük müharibə nəticəsi proqnozlaşdırıla bilməyən böyük fəlakətlərə yol aça bilər.

- Azərbaycan cəmiyyətində Rusiyaya yönələn tənqidləri ədalətli sayırsınızmı?

- Haqlı tənqidlər də var, ifrata varanlar da. Ehtiyac olanda mən də tənqid edirəm. Rusiyaya yönəlik bəzi tənqidlər isə qərəzlidir. Rusiya siyasi elitasında müxtəlif maraqlara, o cümlədən Qərbdəki ermənipərəst dairələrə xidmət edən, “SSRİ-ni bərpa etmək lazımdır” deməklə keçmiş ittifaq respublikaları ilə Rusiya arasında münasibətləri gərginləşdirmək istəyən adamlar mövcuddur. Rusiyanın Qazaxıstana qoşun göndərməsi ciddi səhv idi. Yaxşı ki, tez aradan qaldırdılar. Rusiya Azərbaycanın Qarabağda öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməsinə mane olmamalıdır. Rusiya siyasi elitası düşünməlidir ki, niyə əksər Avropa ölkələri Avropa İttifaqına üzv olmaq üçün illərlə yalvarır, amma daha zəngin ölkə olan Rusiya ilə birlikdə olmaq istəmir? Rusiya Avrasiya məkənında xoş niyyətlə yeni təhlükəsizlik və iqtisadi məkan yaratmaq istəyirsə, SSRİ-nin bərpası kimi qeyri-real yeni ittifaq dövləti iddialarını dilinə gətirməməli, hüquqi dövlət quruculuğu istiqamətində islahatları genişləndirib daha cəlbedici dövlət qurmaq, daha real olan, Türkiyənin də qatıldığı Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları Birliyinin yaranması barədə düşünməlidir. Biz Rusiyanın Azərbaycana yönəlik siyasətində müsbətə doğru dəyişiklikləri də görüb qiymətləndirməyi bacarmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasında bu müsbət dəyişikliyin müstəsna rolu olmuşdur. Kimin nə deməsindən asılı olmayaraq, normal təfəkkür prosesinə malik hər kəs bunu başa düşür.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Rusiyada da Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyən insanlar var. Bizdə Rusiya əleyhinə olanlardan daha çoxdur. Rusiya çoxmillətli, mürəkkəb bir ölkədir. Hamı fikirləşsin ki, biz rusların imkanlarına malik olsaydıq necə davranardıq. Mən bunu Rusiyanı müdafiə etmək üçün demirəm, sadəcə hansı böyük dövlət öz qonşuluğunda baş verən proseslərə biganədir? Bu gün qardaş Türkiyə öz sərhədlərində, İraqda, Suriyada, Liviyada, Aralıq dənizi hövzəsində baş verənlərə biganədirmi? Özü NATO üzvü olsa da gərgin münasibətlərdə olduğu qonşusu, digər NATO üzvü olan Yunanıstana ABŞ-ın silah yığmasından narahatçılığını ifadə etmirmi? Biz buna görə Türkiyəni qınayırıqmı, yox! Rusiyaya SSRİ-nin dağılmasından sonra təhlükəsizlik təminatı və bəzi məsələlərə yeni baxışın yaranması üçün zaman, müəyyən mənada nəsil dəyişməsi lazımdır. Biz bunu nəzərə alıb 90-cı illərdə olduğu kimi özümüzü “tankın altına” atmamalı, Rusiya ilə etimadlı münasibətlər qurmaqla əlaqələrimizi inkişaf etdirməkdə davam etməli, dövlətimizin təhlükəsizliyini təmin etməliyik. Rusiya əmin olmalıdır ki, biz Qarabağ üzərində suverenliyimizi bərpa edəndən beş il sonra siyasətimizi dəyişməyəcəyik. Bu təminatı isə hər hansı hökumət yox, xalqmız öz münasibəti ilə verə bilər. Ona görə Azərbaycanda Rusiya əleyhinə düşmənçilik siyasəti aparanları təqdir etmirəm. Bu cür davranış Azərbaycanın dövlət maraqlarına cavab vermir. Onu da nəzərə almalıyıq ki, saqqallı, “bəxtiyar” uşaqların prezident, hökumət üzvləri, deputatlar haqqında nə deməsindən, hansı şantajlara əl atmasından asılı olmayaraq, Rusiya Azərbaycan kəndlisi, fermeri üçün böyük bazar, milyonlarla soydaşımız üçün həm də iş-dolanışıq yeridir.
Prezident yanında İctimai Nəzarət Palatası yaradılsın - TəklifPrezident 12 yanvarda yerli telekanallara müsahibəsində əslində yeni anti-korrupsiya gündəliyini təqdim etdi. Azərbaycanda ictimai nəzarət institutları var. Bu istiqamətdə işlər daimi olmalıdır. Söhbət ictimai nəzarətin daimiliyindən gördük.

Avrasiya.net xəbər verir ki, bunu hüquq müdafiəçisi, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Hüquq müdafiəçisi ictimai nəzarət mexanizminin daha effektiv olması ilə bağlı təklif də verib:

"Dövlət qurumlarının bütün instansiyalarında ictimai nəzarət olmalıdır. Bununla bağlı operativ reaksiya verə biləcək nəzarət formalaşdırılmalıdır. Bununla bağlı Prezident yanında İctimai Nəzarət Palatası yaradıla bilər. Onun tərkibinə media nümayəndələri, QHT nümayəndələri, ictimai rəy liderləri qatıla bilər, bu sadəcə mənim təklifimdir. Başqa bir formada da mexanizm yaratmaq mümkündür. Beləliklə, ayrı-ayrı sektorlarda ictimai nəzarət mümkündür".
Azərbaycan nefti bahalaşır: qiymət 89 dolları ötdüDünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları, yaxud 1,1 faiz artaraq 89,12 ABŞ dollara çatıb. Ötən gün “Brent” markalı neftin bir bareli 86,06 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.
PA-nın rəsmisi QHT-lərin korrupsiyaya qarşı mübarizədəki rolundan danışıb“Son 10 ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə QHT-lər kifayət qədər fəallıq nümayiş etdiriblər”.

Avrasiya.net-in xəbərinə görə, bunu Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında hər zaman ictimai nəzarətin gücləndirilməsinə toxunur: “Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı söylədiyi fikirlər vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyub. Ona görə də biz hazırda ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik. Hesab edirəm ki, bizdən gözlənti də budur”.
Dana və quzu əti də BAHALAŞDIBölgələrdə, eləcə də paytaxt Bakıda ət kəsimi məntəqələrində dana və quzu ətinin qiyməti bahalaşıb.

Avrasiya.net xəbər verir ki, əvvəl kiloqramı 11 manata satılan dana əti indi 13-14 manata, 14 manata satılan quzu əti isə alıcılara 15-16 manata təklif edilir. Ət kəsimi ilə məşğul olan şəxslər qiymət artımını təsdiqləyib.

Onlar bunun səbəbini son günlər iribuynuzlu diri heyvan tapmağın çətinliyilə əlaqələndiriblər.

Bundan əlavə, satıcılar əvvəl dana ətinin topdansatış qiymətinin 9,5-10 manat olunduğunu, hazırda isə 11,5 manata qaldırıldığı üçün pərakəndə qiymətlərə azı 2 manat əlavə etməyə məcbur olduqlarını bildiriblər.

Bəzi satıcılar qış aylarında yaşanan quzu qıtlığı və bölgələrdən quzunu indi baha qiymətə aldıqlarını əsas gətiriblər.

Fermerlər də qiymətin yerində artdığını təsdiq edib. Onların sözlərinə görə, son günlər yaşanan qiymət dəyişiklikləri, xüsusilə ot və yemin baha olması səbəbindən quzuların qiymətləri qalxıb. Yaxın aylarda isə quzu ətinin ucuzlaşacağının gözlənilmədiyi söylənilir.

Qeyd edək ki, paytaxt Bakının bəzi ət kəsimi məntəqələrində quzu ətinin qiyməti hətta 17 manata təklif olunur.