“Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərliƏməkdar artist Mətanət İsgəndərlinin ailəsi koronavirusa yoluxub.

Bu haqda müğənni özü məlumat yayıb.

O bildirib ki, Bakıda olan valideynlərinin testi pozitiv olub:

“Nəslimizdə hamı koronavirusa yoluxub. Anam, atam və bacım da xəstədir. Özüm Moskvadayam, ürəyim onların yanındadır. Buradan onlara yardım edirəm. Hələ uzun müddət Bakıya qayıtmağı düşünmürəm” (axşam.az).
Qəbələ rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə şəhər ərazisində, hündürmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 23 yaşlı Arzu Qafarova doqquz mərtəbəli yaşayış binasının damına çıxaraq özünü binadan atmaq istəyib. Lakin bu zaman binada təmir işləri aparan ustalar son anda onun intihar cəhdinin qarşısını alıblar. Gənc qızın hansı səbəbdən intihara cəhd etməsi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır (report).
Avropanın 3 nəhəngi: İran nüvə silahı hazırlayırFransa, Almaniya və İngiltərə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran istehsalı ilə bağlı ortaq açıqlama yayıb.

Axar.az xəbər verir ki, birgə açıqlamada İranın uranı mülki ehtiyacdan daha yüksək səviyyəyə qədər zənginləşdirərək nüvə silahı istehsalı istiqamətində təhlükəli bir addım atdığı bildirilib.

"Dinc məqsədlər üçün İranın bu səviyyədə uranı zənginləşdirməsinə ehtiyacı yoxdur.

İranın Natanz nüvə obyektinə əlavə 1000 sentrifuqa qurmağı planlaşdırdığı və bunun uranın zənginləşdirmə imkanlarını əhəmiyyətli dərəcədə artıracağı ilə bağlı narahatlığımızı dilə gətiririk", - açıqlamada bildirilib.

Qeyd edək ki, İran uranın zənginləşdirilməsini 60%-ə qaldıracağını, hətta 90% zənginləşdirmə imkanının olduğunu elan edib.
Ermənistanın Zəngəzur dəhlizinə bağlı xilas yolu və... Paşinyanın yalançı ritorikasıErmənistanın çökməkdə olan iqtisadiyyatının xilas yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Bu fikir uzun illərdir müzakirə olunur və bu gün Azərbaycan ərazi bütövlüyünü əldə etdikdən sonra daha da real səslənir. Lakin Ermənistan rəhbərliyinin bunu anlaması xeyli vaxt aparsa da, nəhayət, Paşinyan öz həmvətənlərinə bunu etiraf edib.

Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla keçirdiyi qapalı görüşdən səs yazısı yayılıb. Təhlükəsizlik xidməti həmin görüşə qatılanlardan mobil telefonları və smartfonları əvvəlcədən yığıb. Görüşün qapalı olduğu onların nəzərinə çatdırılıb, məlumat sızmasının qarşısını almaq üçün digər tədbirlər görülüb. Buna baxmayaraq, Paşinyanın çıxışının bir hissəsini “Armvoice” Teleqram kanalı tərəfindən yayılıb. Məlum olub ki, Ermənistan rəhbəri Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar sayır. “Ola bilsin dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm elə situasiyadır ki, bir-birimizə bunu deməyə məcburuq. Mən qəti əminəm ki, Azərbaycanın Naxçıvana yolunu açmaqla kommunikasiyaların açılmasına nail ola bilsək, bu bizim böyük uğurumuz olar. Təsəvvür edin, bizim Rusiya və İranla dəmir yol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”, - səs yazısında deyilir.

Qeyd edək ki, Paşinyan xəlvətdə əməkdaşlığın faydalarından danışsa da, aşkarda müharibə bəyanatları səsləndirir. O zaman bu iki fərqli ritorikanın səbəbi nədir?

“Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli vurğuladı ki, Paşinyanın başqa çıxış yolu yoxdur: “Ölkəyə sərmayənin cəlb edilməsi üçün edilən bütün cəhdlər nəticəsiz qalır, çünki Ermənistanın bu gün düşdüyü kollaps vəziyyəti buna imkan vermir. Digər tərəfdən Ermənistan təbii resursları olmayan və iqtisadiyyatı asılı vəziyyətdə olan bir ölkədir. Son 20 ildə Ermənistana yatırılan sərmayələrin 40 faizi Rusiyaya məxsusdur. Bu rəqəm daha yüksək ola bilər. Bu isə Vladimir Putinin səsləndirdiyi rəqəmdir. Lakin bu müddət ərzində Rusiyanın yatırımları belə Ermənistan iqtisadiyyatını xilas edə bilməyib. Bu da təbiidir, çünki ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan bir çox mühüm tələblər var ki, Ermənistanın düşdüyü durum buna uyğun gəlmir. Qonşu dövlətlərlə münasibətləri, Türkiyə və Azərbaycanla mövcud olan vəziyyət buna imkan vermir. Gürcüstan isə Ermənistan iqtisadiyyatını dirçəldəcək gücdə deyil. Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələr bilavasitə Azərbaycanla bağlı olduğu üçün, rəsmi Tiflis bu istiqamətdə hər hansı addım ata bilməz. Bu günə qədər absurd layihələrlə bağlı İranla aparılan danışırlar, eyni zamanda Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan , 3 milyard dollar investisiya tələb edən dəmiryolu layihəsi ilə bağlı mülahizələr də nəticəsiz qaldı”.

Politoloq vurğuladı ki, indiki şəraitdə Ermənistanın yeganə çıxış yolu ölkənin logistik imkanlarının artırılması və tranzit ölkəyə çevrilməsidir: “Bundan başqa Ermənistana gəlir gətirəcək hər hansı layihə yoxdur. Belə bir şəraitdə şübhəsiz ki, yeganə çıxış yolu Azərbaycanla münasibətlərin qaydaya salınmasından keçir. Bu - ərazi iddialarından əl çəkmək, Türkiyə ilə Azərbaycan arasında açıqlacaq dəhlizin imkanlarından istifadə etməkdən ibarətdir. Düşünürəm ki, Paşinyan bunu dərk edir və məlum fikirləri səsləndirib. Çünki alternativ yoxdur. Sadəcə xəritəni açıb qarşısına qoysa, reallıqların nədən ibarət olduğunu görə bilər. Kommunikasiyalar açılarsa və iqtisadi müstəvidə müəyyən təmaslar yaranarsa, bu bütövlükdə prosesə təsir göstərə bilər. Mən artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsinin işlədilməsini doğru saymıram. Münaqişə faktiki olaraq yoxdur. Hazırda söhbət post münaqişə dövründə mövcud olan reallıqlardan və Ermənistanın bu reallıqlarla barışması üçün lazım olan zaman kəsimindən söhbət gedir”.

Ermənistan rəhbərliyinin savaş ritorikasına gəlincə, E.Mirzəbəyli bunu seçkiöncəsi vəziyyətlə əlaqələndirdi: “Digər tərəfdən ölkədə seçkilərin keçirilməsi və seçkiöncəki müəyyən ritorik bəyənatların səsləndirilməsi, qarşılıqlı ittihamların ortaya çıxması təbii qəbul olunmalıdır. Seçkinin taleyini belə postmüharibə dövrü və bütövlükdə vətən müharibəsinin yaratdığı reallıqlar həll edəcək. Onu qeyd edək ki, bu ilin iki ayında Ermənistan iqtisadiyyatında geriləmələr hətta müharibə dövründən də üstün bir vəziyyətdədir. Büdcə defisiti dəhşətli bir hal alıb, bu günə qədər Ermənistanda görünməyən vəziyyətə çatıb. Əhalinin ÜDM-dəki payı 11 min dollardan 3 min dollara enib. Bu da çox acınacaqlı göstəricidir. Təcili addımlar atılmasa Ermənistandakı bu acınacaqlı vəziyyət daha dəhşətli hal alacaq.

Müharibə ehtimalı yoxdur. Müharibə indiki dövrdə zəmanətçi dövlət kimi çıxış edən Rusiyanın özünə də sərf etmir. Bu çox ciddi bir problem yarada və bütövlükdə Rusiyanın missiyasını da şübhə altına ala bilər. Belə bir mövqe yoxdur, nə Azərbaycan, nə Türkiyə, nə də digər müttəfiqlərimiz buna yol verməyəcək. Hətta Rusiya tərəfindən də bildirilib ki, Ermənistan tərəfindən müharibəni yenidən başlatmaq cəhdləri bu ölkə üçün intihar deməkdir. Bu səbəbdən təkrar müharibə ehtimalı yoxdur. İndiki şəraitdə monipulyativ davranışlar seçkilərə hesablanıb. Aydındır ki, Ermənistandakı revanşçı qüvvələrin barajı aşmaq ehtimalı həddindən artıq zəifdir. Digər rusiyapərəst qrupun, özünü müəyyən qədər mərkəzçi və neytral kimi göstərməyə çalışan “Çiçəklənən Ermənistan” Partiyasının da parlamentdə təmsil olunmasının səbəbi Nikol Paşinyan və tərəfdarları tərəfindən hökumətin formalaşması baş tutmazsa, təkbaşına koalisiya hökumətinin yaradılmasına cəhd göstərməkdir. Rusiya hakimiyyətdə olacaq qrupda öz nümayəndəsinin yer almasına çalışır ki, gələcəkdə hakim partiya hər hansı addım atarsa, o zaman hökumət böhranı yaratmaq mümkün olsun. Digər tərəfdən Köçəryan və digərlərinin parlamentdə yer almasına çalışır ki, revanşist qüvvələr üçün tribuna yaratsın, onlar ehtiyac duyulduqda, sifariş aldıqda təzyiq addımlarını atsınlar. Bütün bunlar Rusiyanın Ermənistanda nəzarəti əldə saxlamaq üçün həyata keçirdiyi önləyici tədbirləridir".
“Qədim Nuxa” və "Büyükfırat lahmacun" restoranları cərimələndi - SİYAHIAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan Avrasiya.net-ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 16 aprel 2021-ci il tarixində ölkə üzrə 442 ictimai iaşə obyektində 752 monitorinq keçirilib.

Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov rayonu‎, Ə. Rəcəbli küçəsi, ev 5 ünvanında yerləşən, fiziki şəxs Kazimova Nəsibə Bəşir qızına məxsus kafe;

2. Bakı şəhəri, Binəqədi rayonu‎, DSK yolunda yerləşən, fiziki şəxs Həsənova Gülçöhrə Cangirovnaya məxsus kafe;

3. Bakı şəhəri, M. Naxçıvani küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Bağıyev Yusif Seyfullah oğluna məxsus “Qədim Nuxa” restoranı;

4. Bakı şəhəri, Yasamal rayonu,‎ Hüseyn Cavid prospekti, 556/557-ci məhəllədə yerləşən, fiziki şəxs Emin Keklikə məxsus "Büyükfırat lahmacun" restoranı;

5. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 25B ünvanında yerləşən, fiziki şəxs Mahmudov Vidadi Hüseynqulu oğluna məxsus “Atmosphere” restoranı;

6. Bakı şəhəri, Nəsimi rayonu‎, Əlövsət Quliyev küçəsi 131 ünvanında yerləşən, fiziki şəxs Əliyev Akifə məxsus restoran;

7. Bakı şəhəri, Nizami rayonu‎, Koroğlu metro stansiyasının yaxınlığında yerləşən, fiziki şəxs Məmmədzadə Nazim Qaçay oğluna məxsus “Metro” kafesi;

8. Bakı şəhəri, Xəzər rayonu,‎ Mərdəkan qəsəbəsi, B. Əliyev küçəsində yerləşən, fiziki şəxs Cəlilov Eldar Elmar oğluna məxsus “Dönər House” dönər evi;

9. Bakı şəhəri, Sabunçu rayonu,‎ Ə. Məmmədliyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Nəcəbov Arif Əli oğluna məxsus kafe;

10. Bakı şəhəri, Nizami rayonu‎, Qara Qarayev prospekti 2529 ünvanında yerləşən, fiziki şəxs Salahov Aqşin Ağamirzə oğluna məxsus dönər evi;

11. Bakı şəhəri, Xətai rayonu, ‎Gəncə prospekti, ev 2 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Cahangir Ehtibar oğluna məxsus restoran;

12. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 3 ünvanında yerləşən, fiziki şəxs Zülfüqarov Şakir Şahin oğluna məxsus restoran;

13. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 37 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Samin Mahmud oğluna məxsus çay evi;

14. Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, fiziki şəxs Baxşıyev Rusif Elsevən oğluna məxsus “Dönəriko” dönər evi;

15. Bakı şəhəri, Nəsimi rayonu, Şövqüyar Abdullayev küçəsi 9A ünvanında yerləşən, fiziki şəxs Əliyev Hikmət Yarbala Oğluna məxsus “Egoist” mehmanxanasının tərkibində faəliyyət göstərən restoran;

16. Gəncə şəhəri, 28 May küçəsində yerləşən, fiziki şəxs Əliyev Mübariz Nuru oğluna məxsus restoran;

17. Tovuz rayonu, Alakol kəndində yerləşən, fiziki şəxs Məmmədova Mətanət Zaman qızına məxsus kafe;

18. Ağdaş rayonu, Əliyev pospektində yerləşən, fiziki şəxs Məmmədov Məhəmməd Məhəmmədəli oğluna məxsus kafe;

19. Neftçala rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əsədov Rövşən Böyükbala oğluna məxsus kafe;

20. Kürdəmir rayonu, Qarabucaq kəndində yerləşən, fiziki şəxs Rəcəbov Hafis Saleh oğluna məxsus “Ülvi” kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Nazim İbrahimovun qardaşı yenidən həbs edildiBakı şəhəri Xətai rayon məhkəməsinin «STS» şirkəti, «Sahil-D Kompani» MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə «STS» şirkəti və «Sahil-D Kompani» MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Nundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci ildə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bakıda şirkət rəhbərinin qanunsuz əməlləri ifşa edildiBakı şəhəri Xətai rayon məhkəməsinin «STS» şirkəti, «Sahil-D Kompani» MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə «STS» şirkəti və «Sahil-D Kompani» MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Nundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci ildə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bakıda məşhur hosteldə qalan qızların ölümü... - TəfərrüatÖtən gün Bakıda gənc qızların hosteldə dəm qazından ölməsi ilə bağlı təfərrüat məlum olub.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 6 ünvanında yerləşən "Seaside" hostelində müvəqqəti qalan Ləman Əhməd qızı Dadaşova 2002-ci il təvəllüdlü olub.

Həmin hosteldə müvəqqəti yaşayan Xəyalə Müseyib qızı Mamedova isə 2001-ci ildə anadan olub. O, orta təhsilli və subay imiş. Qızların hamam otağında axar su qızdırıcısından yaranan dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda qeyd olunan fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.
Tibb bacısı xəstə müalicə edəndə, ölüm sayı çoxalarBu günlərdə vaksinasiya prossesi davam etdirilir. Bəs görəsən, havaların isinməsi, evlərin, iş yerlərinin tez-tez havalandırılması yoluxmaların azalmasına səbəb olmurmu? Davam edən yüksək yoluxma dinamikasında enmə nə vaxt başlayacaq? Bu yay COVID-19-un yeni mutasiyaları gözlənilirmi?

Avrasiya.net xəbər verir ki, Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Hələ yay indi başlayır. Yəqin ki, yaxın vaxtlarda dəyişiklik olacaq. Havalar isinəndə istər-istəməz virusa öz təsirini göstərəcək. Amma yoluxma sayı o zaman aşağı enəcək ki, düzgün müalicə aparılacaq. Ölüm sayının çox olmasına səbəb də budur. Bioloq, terapevt, qeyri-ixtisas həkimləri bu işlə məşğul olurlar. Ona görə ağırlaşmalar artır, ölüm sayı çoxalır. Hər adamı televiziyaya çıxarırlar. Tibb bacısı xəstə müalicə edəndə əlbəttə, belə olacaq. Protokola baxırlar, edirlər. Poliklinikalarda işləmək sərf etmir onlara. Gedib hər xəstəyə 50 manatdan sistem qoşurlar. Xəstələr peşəkarların əlinə düşsə, belə olmaz. Poliklinikalar da çağırışa vaxtında gəlmir. Vaxtında analiz götürülmür, 2-3 gündə virus yuxarı tənəffüs yollarının selikli qişasında qalır, sonra da qana keçir”.

İ.Bayramov onu da əlavə edib ki, yeni mutasiyanın olması barədə əvvəldən bir söz demək olmaz:

“Onu əvvəldən demək olsaydı, xəstəlik də bitmişdi indiyə qədər. Hərə bir söz deyir, bunlar yalnız fərziyyələrdi. Yalnız bunu deyə bilərəm, vaksinasiya 70-80 faiz əhaliyə vurulsa, hamının bu xəstəlikdən canı qurtarar. Yoluxanlar da xəstəliyi klinik, az simptomatikayla keçirər”.

İnfeksionist onu da əlavə edib ki, vaksindən sonra yoluxan olub. Amma xəstəliyi yüngül keçiriblər. O ki qaldı kiminsə vaksindən sonra ağır keçirməsinə, bu, insanların fobiyası ilə bağlı məsələdir:

“Vaksindən qabaq da qorxurdular. Həssas adamlardı, nevrozlu xəstələrdi, şikayət edirlər. Mən özüm də vaksin olundum, heç bir yan təsiri olmadı. Düzdür, ürək-damar sistemi problemi yaşayanlar, açıq üzərk əməliyyatı keçirənlər, üzərinə stent qoyulanlar, şəkərli-diabetlər, nevroloji problemi olanlara ehtiyatlı olmaq lazımdır. Amma digərlərinə heç bir qorxusu yoxdur. Hər kəs vaksin olunmalıdır. Ümidverici yerimiz yalnız vaksinasiyayadır”.