Sizin Reklam Burada

Kerri İsraili İrana satıb – Senatorlardan tələb

Kerri İsraili İrana satıb – Senatorlardan tələbABŞ-ın Respublikaçılar Partiyasından olan senatorlar Cozef Baydenə çağırış edərək, keçmiş dövlət katibi və hazırda prezidentin iqlim məsələləri üzrə müşaviri olan Con Kerri ilə bağlı təhqiqat başlatmasını istəyiblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Foks Nyus” yayıb.

Məlumata görə, onlar Kerrinin İrana İsrailin məxfi əməliyyatları barədə informasiya sızdırdığını bildiriblər.

Ümumilikdə çağırışa 19 senatorun qoşulduğu bildirib. Senatorlar Baydendən həmçinin Kerrinin Təhlükəsizlik Şurasından uzaqlaşdırılmasını da tələb ediblər.

Qeyd edək ki, bundan öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. Səs yazısında İran XİN rəhbəri Kerrinin ona İsrailin Suriyada İran obyektlərinə əməliyyat keçirməsi barədə məlumat verdiyini bildirib. Kerri özü yayılan məlumatı təkzib edib.

ABŞ Dövlət katibi Entoni Blinken isə yayılan məlumatları cəfəngiyyat adlandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər