Sizin Reklam Burada

Yardımlı və Cəlilabadda Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında tədbirlərini davam etdirir. Aprelin 29-da Şuranın sədr müavini, professor Elmira Süleymanovanın iştirakı ilə Yardımlı və Cəlilabad rayon təşkilatlarının konfransları keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla məhdud tərkibdə keçirilən bu tədbirlərdə ağsaqqallarla yanaşı rayon icra hakimiyyətlərinin rəhbərləri də iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, hər iki rayonda tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Yardımlı və Cəlilabadda Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Yardımlı və Cəlilabad ağsaqqalları ilə görüşdüyü üçün çox şad olduğunu bildirib və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını onlara çatdırıb. Tədbirlərin müqəddəs Ramazan ayına təsadüf etməsini gözəl bir əlamət hesab edən Elmira xanım ayların şahı olan bu ayın Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılandığını, ümumiyyətlə, xalqımızın dinimizə, imanımıza, müqqəddəs Qurani- Kərimə olan sədaqətini və inancını yüksək qiymətləndirib.

Daha sonra Elmira Süleymanova böyük qürur hissiylə qeyd edib ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi və Ermənistanın tam təslim olması ilə nəticələndi. Əzəli və əbədi torpaqlarımız 30 illik erməni işğalından azad edilərək ölkəmizin tarixi ərazi bütövlüyü bərpa olundu. Bildirilib ki, şanlı Ordumuzun zəfər yürüşü, düşmənin bütün torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu və bu gün savaş meydanında əldə etdiyimiz bu tarixi Qələbənin ardınca Azərbaycanı daha firəvan həyat gözləyir. Elmira xanım, həmçinin, xüsusi olaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət istiqaməti, məqsəd və vəzifələri barədə fikirlərini bölüşən Elmira Süleymanova qeyd edib ki, onların Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin tapşırığı ilə Yardımlı və Cəlilabada gəlməkdə əsas məqsədləri rayonların Ağsaqqallar Şurasına sədr, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası seçkisində iştirak etməkdir və çox sevindirici haldır ki, hal-hazırda Respublika Ağsaqqallar Şurası daha intensiv fəaliyyət göstərərək cəmiyyətimizin və dövlətimizin inkişafında öz layiqli rolunu oynayır.

Konfranslarda çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Mansur Məmmədov tədbirlərin işinə uğurlar arzulayaraq bildiriblər ki, ağsaqqallar həmişə ölkəmizin ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayıblar və Azərbaycanda ağsaqqal sözü hər zaman böyük məna daşıyıb, xüsusi əhəmiyyət kəsb edib. Qeyd edilib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyəti danılmazdır. Həmçinin rayonların sosial-iqtisadi inkişafında da ağsaqqalların böyük əməyi vardır.

Daha sonra təşkilati məsələlər müzakirə olunub - yeni Əsasnamələr qəbul edilib, Məzlum Mənsimov Yardımlı Rayon Ağsaqqallar Şurasının, Ədalət Əsgərov isə Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin hər iki rayon təşkilatının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.
Sonda rayonların yeni seçilmiş sədrləri, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər və bu etimadı doğrultmaq üçün öz potensiallarından maksimum istifadə edəcəklərinə söz veriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər