Sizin Reklam Burada

Deputatın təşəbbüsü ilə daha 100 ailəyə Ramazan sovqatı çatdırılıb - Şabranda

Deputatın təşəbbüsü ilə daha 100 ailəyə Ramazan sovqatı çatdırılıb - ŞabrandaMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 12 ayın sultanı olan Ramazan ayı ilə əlaqədar qazi və aztəminatlı ailələrlə növbəti görüş Şabran rayonunda olub.

Avrasiya.net xəbər verir ki, dünən deputat Sadiq Qurbanovun köməkçisi Elnur Rəhimov və rayon İcra Hakimiyyətinin rəsmilərinin iştirakı ilə Şabran rayonunda yaşayan 100 aztəminatlı ailə ilə görüş keçirilib. Əldə etdiyimiz məlumata görə, rəsmilər bir-bir ailələrin evlərində olublar, ailə üzvlərinin sosial problemləri dinlənilib, qeydiyyat aparılıb, onların həlli istiqamətində müvafiq orqanlar qarşısında məsələlərin qaldırılacağı bildirilib.

Belə görüşlərin davamlı olacağı və hər bir şəhid, aztəminatlı, qazı ailəsinin sosial probleminin həll olunması və diqqət mərkəzində saxlanacağı qeyd olunub. Daha sonra ailələrə Ramazan sovqatı təqdim edilib.

Ailələr xeyirxah təşəbbüsə görə millət vəkili Sadiq Qurbanova və Gəncliyə Yardım Fondunun rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, aprelin 22-də də belə bir görüş Siyəzən rayonunda ümumilikdə 100 aztəminatlı ailə ilə görüş keçirilib, onlara da Ramazan sovqatı çatdırılıb.









Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər