İdris Debinin qətlini Makron təşkil edib? - Sensasiya
Dərc olunub:
30-04-2021, 10:37
Çadı 30 ildir idarə edən İdris Debinin öldürülməsinin arxasında Parisin olduğu iddia edilir.
Axar.az xəbər verir ki, Çaddan olan yüksək səviyyəli məmur Debinin qətlində Fransadan şübhələndiyini deyib.
Adı açıqlanmayan məmur Debinin son illərdə Türkiyə, Rusiya, Çin, ABŞ və İsrail ilə siyasi, iqtisadi və mədəni əlaqələri artırdığını, bu vəziyyətdən ən çox Makron rəhbərliyinin narahat olduğunu bildirib.
Həmçinin dəfn mərasimi zamanı mərhum prezidentin oğlu Mahamat İdris və Hərbi Şura üzvlərinin Fransa Prezidenti Makrona soyuq münasibəti diqqətdən yayınmayıb.
İddia olunur ki, M.İdris dəfn mərasimində Makronla nə əl görüşüb, nə də üz-üzə gəlmək istəyib.
Qeyd edək ki, Çad prezidenti aprelin 20-də öldürülüb. Debi ölkəni 30 il ərzində idarə edib.