Azərbaycanda daha 491 nəfər koronavirusa yoluxdu: 6 nəfər öldüAzərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4947 koronavirus testi aparılıb.
Abşeron rayonunda məmurlar həbs olundu - ƏMƏLİYYAT KEÇİRİLİRBaş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayonunda əməliyyat keçirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev, 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Murad və Babək adlı şəxslər həbs olunub.

Əlavə məlumat veriləcək.
Qadınlar arasında bıçaqlanma - GöygöldəGöygöldə qadınlar arasında bıçaqlanma olub.

Hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Belə ki, 29 yaşlı kənd sakini Rəvanə Novruzova qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, qadın mübahisə zəminində qonşu qadın tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. / "Qafqazinfo"
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana COVID-19 mübarizədə yardımı edirBu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) COVID-19 yayılmasının qarşısını almaq məqsədi ilə səylərini artırmaq üçün Azərbaycana göyərtəsində 11 ton tibbi yardım və test cihazı daşıyan təyyarəsi göndərib.

BƏƏ-nin Azərbaycandakı səfirliyinifən Avrasiya.net-ə verilən məlumata görə, bu yardım virusa qarşı mübarizə çərçivəsində çalışan təxminən 11 000 tibb işçisinə kömək edəcəkdir.

Öz şərhində BƏƏ-nin Azərbaycandakı səfiri cənab Mohamed Ahmed Hamel Alqubaisi bildirib ki, BƏƏ ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edir. Bu əlaqələri dostluq, anlaşma və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi üçün iki ölkə rəhbərliyinin ümumi maraq doğuran bir çox regional və beynəlxalq məsələlərdə və müxtəlif beynəlxalq forumlar çərçivəsində ortaq baxışı dəstəkləyir.

“Bu gün tibbi yardım təyyarələrinin göndərilməsi BƏƏ rəhbərliyinin müxtəlif ölkələrdə, xüsusən də dünyanın pandemiya ilə mübarizədə üzləşdiyi çətinliklər fonunda dost və qardaş ölkələrin yanında olmasının bir ifadəsidir” – deyə cənab səfir əlavə edib.

Bu günə qədər BƏƏ dövləti COVID-19 böhranına qarşı mübarizə çərçivəsində 67 ölkəyə 946 metrik tondan çox yardım göstərərək, bu prosesdə 946 mindən çox tibbi mütəxəssisə dəstək olunub.
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana COVID-19 mübarizədə yardımı edir
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana COVID-19 mübarizədə yardımı edir
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana COVID-19 mübarizədə yardımı edir
“Avropa Parlamentinin qətnaməsində ermənilərin xeyrinə bir abzas da yoxdur” – Deputat Aqil MəmmədovMəlum olduğu kimi iyunun 20-də Avropa Parlamenti “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnamə qəbul edib.

Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa, Attila Ara-Kovaç və Marketa Qreqorovanın iştirakı ilə hazırlanmış bu qətnamə Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilir.

Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov Turkustan.info-ya açıqlamasında bildirib ki, bu sənədi Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmada qurumun prinsipial mövqeyi kimi də qiymətləndirmək olar.

Millət vəkilinin sözlərinə görə indi qəbul edilən qətnamədə 10 il əvvəl – Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş”Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı sənədə istinad edilməsi mühüm əhəmiyyətə malikdir. Çünki, həmin qətnamədə iki yerdə “erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” ifadəsi işlədilib: “İndi erməni tərəfi bu mühüm sənədi öz xeyrinə yozmaq üçün bir abzas belə tapmır. Bu sənəddə “öz müqəddəratını təyin etmə hüququ” ilə bağlı heç nə yoxdur.

Qətnamənin əhəmiyyəti həm də ondan ibarətdir ki, münaqişənin BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunmuş beynəlxalq hüquq normaları əsasında nizamlanmasının zəruriliyi vurğulanır. Xüsusilə BMT Nizamnaməsinə istinad edilməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Burada, yeri gəlmişkən, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 822 saylı qətnaməni xatırlamaq istərdim. Həmin qətnamədə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edilirdi. Bu gün Avropa Parlamentinin qətnaməsində BMT Nizamnaməsinə istinad olunması BMT-də qəbul olunmuş məlum 4 qətnaməni də aktuallaşdırır, belə deyək ki, “dirildir”.

A.Məmmədov bildirib ki, hazırda dünyanın diqqətinin daha çox koronavirus pandemiyası ilə bağlı problemlərə yönəldiyi indiki vaxtda Avropa Parlamentindən elan edilən bu qətnamə Azərbaycanın uğurudur. “Bu qətnamə Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı sərgilədiyi prinsipial, güzəştsiz mövqenin, eyni zamanda, Avropa təşkilatları ilə aparılan davamlı, konstruktiv əməkdaşlığın nəticələridir. Ərazisi işğal olunmuş rayonların əhalisi, o cümlədən kəlbəcərlilər, diplomatik məkanda əldə edilən hər bir uğurumuzu, bizi doğma torpaqlara aparacaq kövrək ümid işartıları kimi qəbul edirlər. Bu baxımdan, Avropa Parlamentinin sonuncu tövsiyə-qətnaməsi yüzminlərlə məcburi köçkün üçün sabaha inam yaradır” – deyə millət vəkili bildirib.
COVİD19-a yoluxan xəstə prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edibQobustan rayon Yeni massiv A ünvanında yaşayan Xocalı sakini, eyni zamanda ailə üzvləri ilə birgə erməni əsirliyində olmuş, iki övladının və həyat yoldaşının başları gözləri önündə kəsilən Məmmədova Narxanım bildirib ki, oğlu Məmmədov Ruslan Məmməd oğlu COVİD-19 virusuna yoluxub.

Narxanım Məmmədova bildirib ki, oğlunun virusa yoluxması ilə bağlı Qobustan mərkəzi xəstəxanasının baş həkimi məlumatlı olsa da, oğlu bu saata qədər müəyyən olunan xəstəxanaya yerləşdirilməyib.

O ölkə Prezidenti İlham Əliyevdən, eyni zamanda ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevadan oğlunun təcili olaraq müəyyən edilən xəstəxanada yerləşdirilməsi üçün köməklik etmələrin xahiş edib.

Qeyd edək ki, Ruslan Məmmədov da Xocalıda erməni əsirliyində olub.
COVİD19-a yoluxan xəstə prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib
Daha bir jurnalist koronavirusa yoluxdu - VideoARB 24 kanalının əməkdaşı Azər Ağayev koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalist özünün Feysbuk səhifəsində məlumat yayıb.

“Son dönəmlərdə məndə də inamsızlıq hissi var idi. Düşünürdüm ki, datalarla oynanılır və s. Lakin çox təəssüf ki, iki gün bundan qabaq verdiyim testin nəticəsi müsbət gəldi və koronavirusa yoluxdum. Əzizlər, hər şeyi, amma hər şeyi bütün rəqəmləri, uydurulan teoriləri kənara qoyub özünüzü qoruyun. Sevgilərlə... Pozitiv qalın”, - jurnalist yazıb.
Sakinlər Qüdrət Həsənquliyevdən kömək istədiXətai rayonu, Gəncə prospekti 2942A məhəlləsinin sakinləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən kömək istəyiblər.

Avrasiya.net xəbər verir ki, sakinlər sözügedən ərazidə, “Şəms” şadlıq evinin arxasında, 269 saylı məktəbin girişi önündəki kiçik ərazidə növbəti göydələn tikilməsinə hazırlıq görülməsindən narahatlıqlarını ifadə ediblər.

Sakinlərin sözlərinə görə, ərazidə hazırda 11 hündürmərtəbəli yaşayış binası var və onların əksəriyyətinin həyəti yoxdur. Şəxsi avtomobillərini saxlamaq üçün yer tapa bilməyən və tez-tez mübahisələr yaşanan bu məhəllədə sakinlər maşınlarını artıq Gəncə prospektində park etməyə məcburi olurlar.

İki ay öncə məhəllədə baş verən yanğını xatırladan sakinlər deyib ki, FHN yanğınsöndürənləri yanğın baş verən mənzilin yaxınlığına getmək üçün düz 30 dəqiqə gözləyiblər. Çünki məhəllədə sıx saxlanılan avtomobillər iri qabaritli maşınların hərəkətini tamamilə mümkünsüz edir.

Hələlik məskunlaşma 4 binadadır, digər 7 binada məskunlaşma isə yeni-yeni başlayır. O binalarda da məskunlaşma tamamlandıqdan sonra ərazidəki sıxlığın bir neçə dəfə də artacağını bildirən sakinlər yeni göydələnin tikintisi baş tutarsa, artıq burada yaşamağın mümkünsüz olacağını deyiblər.

Sakinlər artıq bir neçə dövlət qurumuna müraciət edib və heç bir cavab almayıblar. Sözügedən ərazinin deputatı ilə isə əlaqə saxlaya bilmirlər.

“Xətai rayonunun 4 deputatı olmalıdır. 33 və 35 saylı Xətai birinci və üçüncü seçki dairələrinin nəticələri ləğv edilib, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı isə Mixail Zabelindir. M.Zabelinlə ünsiyyət qurmaq problemimiz var – onunla əlaqə saxlamaq olmur, üstəlik dil baryeri də mövcuddur. Ona görə yeganə ümidimiz 36 saylı Xətai dördüncü seçki dairəsindən millət vəkili seçilən Qüdrət Həsənquliyevədir. Q.Həsənquliyev bizim ərazidən seçilməyib, amma ondan başqasına ümidimiz də yoxdur, çünki Xətainin tək təmsilçisi hazırda Qüdrət Həsənquliyevdir”, - sakinlər qeyd edib.

Sakinlər, həmçinin vurğulayıblar ki, sözügedən ərazidə bina əvəzinə kiçik park salınarsa, bu, insanlara böyük töhfə olar:

“Bu yaxın ərazilərdə park yoxdur, istirahət üçün Ukrayna dairəsindəki yeganə və kiçik parka getməyə məcburuq. Hamı ora getdiyi üçün o kiçik parkda da böyük sıxlıq yaşanır. Halbuki məhəllədə kiçik parkımız olarsa, biz də övladlarımızın gəzməsi üçün şəhərə axışmarıq”.

Sakinlərin sosial şəbəkədə Qüdrət Həsənquliyevə çağırışına millət vəkili dərhal reaksiya verib.

BAXCP sədrinin müavini, tanınmış politoloq Elçin Mirzəbəyli sosial şəbəkə üzərindən paylaşımların dərhal ardından sakinlərlə əlaqə yaradaraq, artıq millət vəkilinin problemlə bağlı Xətai rayon icra başçısı ilə danışdığını qeyd edib:

“İcra Hakimiyyətindən bildirdilər ki, ərazi sahibkara 2015-ci ildə rəsmi sənədlə verilib. Amma tikintinin aparılması bir müddət öncə dayandırılıb. Xətai rayon İH-də baş verən dəyişiklikdən sonra yeni rəhbərlik ərazinin yaşayış binasının tikintisi üçün yararlı olmadığını, buna görə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkrar müraciət edildiyini bildirib. Komitənin cavabından sonra sözügedən ərazidə abadlıq aparılması və kiçik park yaradılması nəzərdə tutulur”.

E.Mirzəbəyli bildirib ki, millət vəkili prosesi tam nəzarətdə saxlayacağını və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi müraciət edəcəyini deyib:

“Qüdrət bəyin seçildiyi dairə olmamasına baxmayaraq, biz sözügedən ərazini yaxşı tanıyırıq və oradakı problemlərdən məlumatımız var. Ona görə də sakinlər millət vəkili Qüdrət Həsənquliyevin bu problemi ciddi nəzarətdə saxlayacağına əmin ola bilərlər”.
Sakinlər Qüdrət Həsənquliyevdən kömək istədi
Krım həmişə bizim olub - PutinRusiya Krımı işğal etməyib, ölkənin tərkibinə keçməsi yarımada əhalisinin demokratik seçimi idi.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu barədə “Rusiya. Kreml. Putin” filmi üçün verdiyi müsahibədə deyib.

“Birincisi, Krım həmişə bizim olub, hətta hüquqi nöqteyi-nəzərindən belə. İkincisi, biz oranı almamışıq. Krımda yaşayan xalq Rusiyaya birləşməklə bağlı qərar qəbul etdi”, - Putin bildirib.
Masallıda polislər traktor sürücüsünü döydüDaxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sosial şəbəkələrdə polis əməkdaşlarının sürücünü döyməsi ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Report-a açıqlamasında videogörüntünün idarədə araşdırıldığını bildirib.

Onun sözlərinə görə, hadisə Masallı rayon ərazisində qeydə alınıb:

"Həmin şəxs traktor sürücüsü olub. O, polisə tabe olmayıb, saxlanılandan sonra da sənəd təqdim etməyib. Həmin şəxs daha sonra polisə müqavimət göstərib. Düzdür, bizim əməkdaşlar tərəfindən də qanunsuz hərəkətlərə yol verilib. Sürücüyə qarşı sərt tədbirlər gördükləri üçün həmin polis əməkdaşları haqqında da intizam tənbehi tədbiri görülüb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Masallı YPX-nin komandiri, baş leytenant Ariz İsmayılov və digər polis əməkdaşlarının iştirakının iddia olunduğu videogörüntü yayılıb.

Videogörüntüdə polis əməkdaşları sürücünü avtomobildən zorla çıxarması, sonra döyməsi əks olunub.