Rayonlararası nəqliyyatın hərəkətinə icazə verilməyəcək
Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlar qəbul edib.

Avrasiya.net qərargaha istinadən xəbər verir ki, qərara əsasən ölkədə 29 mart saat 00:00-dan etibarən Xüsusi karantin rejimi gücləndiriləcək. Belə ki, qərarda qeyd edilib ki:

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.

Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir
29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir.

Avrasiya.net xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət tam dayandırılır.

Çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Həmçinin bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılir və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Azərbaycanda parklarda gəzmək qadağan edildi
Sabahdan bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edək ki, ölkədə 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Səftər Rəhimli bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürübBakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səftər Rəhimli bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü.

Səftər Rəhimli bu addımı ilə 50 milyondan artıq Dünya Azərbaycanlılarını sosial məsuliyyət, sosial həmrəylik göstərməklə dövlət – vətəndaş birliyinə çağırıb:

”Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Dünyanın ənənəvi gedişatını təhtid edən Virus bəlası tez-gec sönəcək, lakin dünya yeni bir mərhələyə keçməklə sosial-iqtisadi sahələr başda olmaqla bir çox sahələrdə münasibətlər sistemi yenidən qurulacaq.

Yeni düzən bizləri bölgədə və dünyada baş verəcək hadisələrdə birlik nümayış etdirməyimizi zəruri edir. Birliyimizi vacib edən bu proses gelecekdə daha böyük sosial-milli layhiyyələrin həyata keçirilməsi üçün böyük bir şans ola bilər"
Bakıda kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - Rəsmi açıqlama
Bakıda “28 May” metrostansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.

Yenisabah.az xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir.

Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçəyə giriş-çıxışı bağlayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:

“Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimsə xəstəxanaya aparıla bilər”.

Azərbaycanda daha 43 nəfərdə korona aşkarlandı Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

Azərbaycanda 3 485 nəfər karantində saxlanılır - RəsmiAzərbaycanda infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3 485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

200 məhbusun azadlığa buraxılması həm humanizm, həm də koronavirusa qarşı mübarizə baxımından müsbət addımdırÖlkəmizdə 200 məhbusun azadlığa buraxılması həm humanizm, həm də koronavirusa qarşı mübarizə baxımından müsbət addımdır.

"Bunu Avrasiya.net-ə deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, Azərbaycanda bütün dövlət və özəl təşkilatlarda olduğu kimi Ədliyyə Nazirliyində də koronavirusa qarşı effektli mübarizə tədbirləri həyata keçirilir: "Məlum olduğu kimi Azərbaycanda koronavirus pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq önləyici tədbirlət həyata keçirilir. Etiraf edilməlidir ki, bu işdə Ədliyyə Nazirliyi də üzərinə düşən vəzifənin icrası baxımından əhəmiyyətli addımlar atır. Xüsusən, məhkumların koronavirusa yoluxmasının qarşısının alınması istiqamətində ciddi iş aparılır. Nəzərə alsaq ki, cəzaçəkmə müəssisələri qapalı şəraitdə fəaliyyət göstərir, bu halda virusun yoluxma etimalı daha da artır. Belə hallar nəzərə alınaraq koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşların və digər aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilir.

Məlum olduğu kimi cəzaçəkmə müəssisələrində profilaktik tədbirlərin görülməsi üçün beynəlxlaq təcrübə mövcuddur. Belə tədbirlər həyata keçirilən zaman islah olunmuş hesab olunan, cəmiyyət üçün təhlükəli hesab olunmayan məhkumların işləri öyrənilir, özləri ilə söhbətlər aparılır və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar məhkəməyə təqdim olunur. Azərbaycanda da mövcud praktika nəzərə alınaraq 200 məhkumun azadlığa buraxılması barədə qərar qəbul edilib. Odur ki, həm məhkumların hüquqlarının qorunması, həm də koronavirusa qarşı mübarizə baxımından bu addım müsbət dəyərləndirilmılidir".
Votsapda dezinformasiya yayan 3 nəfər həbs edildiÖlkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15:00-dək müəyyən edilmiş, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınıb.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, buna baxmayaraq respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla saat 15:00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 25, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanmışdır. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilmişdir.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və Vatsap ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət edilmişlər. Müvafiq araşdırmalardan sonra onlardan 7 nəfərə xəbərdarlıq, 5 nəfərə cərimə tətbiq olunmuş, 3 nəfərin barəsində inzibati həbs qərarı seçilmişdir.

Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan bir daha tətbiq edilən sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik.