Milli Məclisin iclasında deputatlar bir-birindən ən azı iki metr aralıda əyləşəcək

Milli Məclisin iclasında deputatlar bir-birindən ən azı iki metr aralıda əyləşəcəkMilli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

Milli Məclisin Mətbuat xidmətindən bildirilib ki, 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.

Bununla yanaşı, Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilib, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub.

Xatırladırıq ki, Milli Məclisdə idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər