Sizin Reklam Burada

QHT-lər koronavirusa qarşı mübarizədə səfərbər olmalıdırlar - QHT rəhbəri

QHT-lər koronavirusa qarşı mübarizədə səfərbər olmalıdırlar - QHT rəhbəriAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

ADİİM sədri Cavid Şahverdiyevin bildirdiyinə görə, cəmiyyətin bütün resursları koronavirusa qarşı səfərbər edilməlidir: "Vətəndaş cəmiyyəti institutları və KİV bu sahədə aktivliyini daha da artırmalıdır. Düzdür, Azərbaycan hökumətinin koronavirus təhlükəsinə qarşı həyata keçirdiyi tədbirlər kompleks xarakter daşıyır, əhalinin sağlamlığının qorunması prioritet məsələdir. Bütün cəmiyyət fəaliyyətini buna istiqamətləndirməlidir. Fondun yaradılması və cənab prezidentin, birinci vitse-prezidentin bir illik əməkhaqlarını fonda ianə etmələri vətəndaşlıq nümunəsidir. Bu eyni zamanda koronavirus təhlükəsinə qarşı bizə bir mesaj oldu ki, imkan daxilində maddi müstəvidə səfərbər olaq, əhalimizi qoruyaq".

QHT sədri onu da qeyd edib ki, prezidentin mesajından sonra fonda ianə axını davam etdi. Artıq 90 milyon manata qədər fonda vəsait köçürülüb ki, bu da ağır gündə birliyimiz, həmrəyliyimizin göstəricisidir.

C.Şahverdiyev bildirib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da öz növbəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürmək barədə qərar qəbul edib.

Şura sədri, deputat Azay Quliyevin çağırışına qoşularaq ADİİM də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi: "QHT-ləri bu məsələdə fəal olmağa dəvət edirəm. QHT Şurasının bu il 26 dövlət qurumu ilə birgə elan etdiyi qrant müsabiqəsində 423 QHT qalib olub. Hər biri fonda daxili imkanları çərçivəsində vəsait köçürərsə bu ümumi işimizin xeyrinə, koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə töhfəmiz olardı. Düzdür, fonda vəsaitin köçürülməsi könüllüdür. Amma bunu vətəndaşlıq borcu hesab etməliyik".

ADİİM sədri sonda onu da vurğulayıb ki, birliyimizi heç bir qüvvə, heç bir virus sarsıda bilməz. Bu birlik təkcə maddi müstəvidə deyil, mənəvi müstəvidə də olmalıdır. Virusla mübarizə qarşı hökumətin tətbiq etdiyi qaydalara və tələlərə riayət edilməlidir. Bu sahədə QHT və KİV üzərinə daha böyük məsuliyyət düşür. Əhalimizi düzgün formada maarifləndirməliyik: "Bu sınaqdan, imtahandan az iktisiz çıxmalıyıq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər