Professor gəlinini məhkəməyə verdi – Səbəb

Professor gəlinini məhkəməyə verdi – Səbəb
Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Qasımov Himalay Ənvər oğlunun gəlini ilə məhkəmə çəkişməsi davam edir.

Yenisabah.az-ln məlumatına görə, aprel ayının 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşən Kazımovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək. İddiaçı olan Himalay Qasımov ilkin tələb kimi gəlini Qasımova Fatma Xəlil qızına kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılmasını qoyub.

Professor “Yenisabah”a verdiyi açıqlamada bildirib ki, gəlini ilə məhkəmə çəkişməsi 3 ilə yaxındı davam edir: “2008-ci ildə oğlum ciyər xəstəliyindən vəfat etdi. Binəqədi rayonunda yerləşən 3 otaqlı mənzilin orderi mənim adımadı. Orderdə həyat yoldaşım Qasımova Elmira Canəhməd qızının, qızım Qasımova Şəbinə Himalay qızının və rəhmətə gedən oğlumun adı var. Ancaq gəlinim Fatma həmin evə qeydiyyatdadır. Məhkəmə qərar çıxarıb ki, gəlinimə 20 min manat təzminat verməklə mənzili tərk etsin, ancaq o razılaşmır. Məndə ilkin iddiaçı kimi təmirə çəkilən xərclərin və üzvlük haqqının qaytarılması, borcun tutulması tələbinə dair qarşılıqlı iddia qaldırmışam”. Qeyd edək ki, Qasımov Himalay Ənvər oğlu Azərbaycan Pedaqoji Universitetində kafedra müdiri işləyib, 30 ildir professordu, YAP-ın Universitet təşkilatının sədridir. Həmçinin hazırda Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər