Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il keçdiyini qeyd edərək onun Azərbaycan dövlətçiliyi tarixində əvəzolunmaz rolundan bəhs edib. O, Heydər Əliyevin əsasını qoyduğu siyasətin 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə ilə nəticələndiyini bildirib. O, gənclərin Ulu Öndərin siyasi irsini dərindən mənimsəməsinin və gələcək nəsillərə çatdırmasının vacibliyini vurğulayıb.
Tədbirdə məruzəçi qismində çıxış edən Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərindən danışıb. O, müstəqil Azərbaycan var olduqca Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib.
Tədbirdə həmçinin Akademiyanın rəis müavinləri Anar Süleymanov, Cəmilə Namazova və tələbələr də çıxış edərək dahi şəxsiyyətlə bağlı fikirlərini bölüşüblər.![]()
![]()
![]()
