Xalqın yaddaşında əbədi yaşayan lider

12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan uzun illər keçsə də, Azərbaycan xalqı öz xilaskarını unutmur, böyük ehtiram və hörmətlə yad edir. Çünki Heydər Əliyevin adı yalnız keçmişə deyil, həm də bu günümüzə və gələcəyimizə yazılan bir taledir. O, XX əsrin ən çətin dönəmlərində Azərbaycanı böyük fəlakətlərdən xilas etmiş, milli dövlətçilik ideyasını yenidən dirçəltmiş, Azərbaycanı beynəlxalq arenada tanıdan qüdrətli bir lider olmuşdur.

Heydər Əliyevin ömür yolu sadəcə bir siyasi fəaliyyət deyil, bütöv bir dövlətçilik fəlsəfəsidir. Onun milli ideologiyası, idarəçilik məktəbi, strateji baxışları bu gün də Azərbaycan inkişafının əsas dayaq nöqtəsi kimi yaşayır. O, öz həyatını millətin xoşbəxtliyinə, dövlətin güclənməsinə həsr etmiş, siyasi müdrikliyi, qətiyyətli qərarları və uzaqgörənliyi ilə ölkəmizi böyük sınaqlardan uğurla çıxarmışdır.

Xilaskarlıq missiyası və tarixi dönüş

1990-cı illərin əvvəlləri Azərbaycanın ən mürəkkəb dövrü idi. Dövlətçilik təməlləri sarsılmış, ölkə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir zamanda xalqın tələbi və inamı ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. O, siyasi xaosu sabitliyə, qeyri-müəyyənliyi inkişaf strategiyasına çevirdi. Atəşkəsin əldə olunması, dövlət təsisatlarının qurulması, iqtisadi islahatlar, neft strategiyasının hazırlanması və həyata keçirilməsi kimi mühüm addımlar dövlətin gələcək inkişafının möhkəm təməlini formalaşdırdı.

Uğurlu inkişaf strategiyası və müasir Azərbaycanın qurulması

Heydər Əliyev həm də müasir Azərbaycanın iqtisadi yüksəlişinin memarıdır. Onun müəyyən etdiyi neft strategiyası ölkəni regionun enerji mərkəzinə çevirdi, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirdi. Dövlətçiliyin bütün sahələrində həyata keçirilən sistemli islahatlar sayəsində Azərbaycan müstəqilliyini qorumaqla yanaşı, onu daha da gücləndirdi, gələcək inkişaf modelini formalaşdırdı.
Bu gün Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlər, regional və qlobal miqyasda artan nüfuzu məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin məntiqi davamıdır.

Ulu Öndərin siyasi irsinin davamçısı – Prezident İlham Əliyev

Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanı inkişaf etdirən əsas ideoloji xətt olaraq qalır. Onun siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illərdə həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə möhtəşəm uğurlar əldə edib. Xüsusilə 2020-ci il Vətən müharibəsində, daha sonra isə ölkə ərazisində tam suverenliyin bərpasında qazanılan tarixi qələbə Heydər Əliyev siyasətinin möhkəm təməllərinə söykənən milli gücün göstəricisidir.

Xalqın yaddaşında əbədi yaşayan lider

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında yalnız böyük dövlət xadimi kimi deyil, həm də xalqını sevən, ona güvənən bir lider kimi yaşayır. Onun dəyərli irsi hər il, hər gün xatırlanır, yeni nəsillərə örnək olur. Ulu öndərin əbədiyaşar ruhu Azərbaycan xalqının birliyində, dövlətimizin gücündə, milli ideyamızın təməlində yaşayır.

Fəzail İbrahimli
Milli Məclisin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər