Xalqın xilaskarı

“12 dekabr Azərbaycan xalqının yaddaşında Ulu Öndər Heydər Əliyevin anım günü kimi dərin hörmət və ehtiramla qeyd olunur. Xalqımız bu günü müasir Azərbaycanın qurucusu, ölkəni tarixin ən mürəkkəb dönəmlərindən çıxaran dahi siyasətçinin xidmətlərini böyük qürurla xatırlayır”.

Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Ulu öndər Heydər Əliyev XX əsrin sonlarında Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni xaosdan, parçalanmadan və siyasi-iqtisadi böhrandan xilas etd: “Məhz onun uzaqgörənliyi, qətiyyəti və müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın təməlləri möhkəmləndi, dövlət idarəçiliyi sistemləşdirildi, sabitlik bərpa olundu.

Ulu Öndər Azərbaycanın müasir inkişaf modelinin müəllifi kimi tarixə düşüb. Onun müəyyən etdiyi strateji xətt-siyasi sabitlik, güclü iqtisadiyyat, balanslaşdırılmış xarici siyasət və neft strategiyası ölkənin qısa zamanda beynəlxalq arenada nüfuz qazanmasının əsasını qoydu. “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji xəritəsinə daxil olmasını təmin etdi və ölkənin inkişaf yolunu müəyyən edən dönüş nöqtəsinə çevrildi”.

Deputat əlavə edib ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Ulu Öndərin müəyyən etdiyi strategiya müasir dövrün çağırışlarına uyğun şəkildə yenilənərək Azərbaycanın yeni zirvələrə yüksəlişini təmin edib. Prezident İlham Əliyevin qətiyyətli və müstəqil siyasəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, Vətən müharibəsində tarixi Zəfər qazanaraq qalib xalq statusunu əldə edib.

Son illər əldə olunan uğurlar Azərbaycanın həm regional, həm də qlobal miqyasda yeni reallıqlar yaratdığını göstərir. Müasir geosiyasi proseslərin mürəkkəbliyi fonunda Azərbaycan çevik siyasəti, iqtisadi gücü və regional təşəbbüsləri ilə böhranları öz inkişafı üçün fürsətə çevirə bilib. Cənubi Qafqazda yaranmış yeni təhlükəsizlik düzəni, nəqliyyat və enerji xəritələrinin formalaşmasında Bakının aparıcı rolu bunun bariz nümunəsidir.

Azərbaycan bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətini, onun müəyyən etdiyi inkişaf yolunun uğurla davam etdirildiyini əməli işləri ilə nümayiş etdirir. Ölkə iqtisadi, siyasi və hərbi gücünü daha da artırır, regional əməkdaşlıq formatlarını genişləndirir və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər