Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Bu gün Tovuz Dövlət Peşə Təhsil Mərkəzində müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, anım günü tədbiri keçirilib.

Tədbir Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Mərkəzin mühəndis-pedaqoji heyəti və tələbələri, həmçinin YAP Tovuz rayon Təşkilatının sədr müavini İlqar Kərimov, Qızıl Aypara Cəmiyyətinin Tovuz bölməsinin rəhbəri Qəməndər Məmmədli, Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Yaşar Orucov, "Tovuz Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Rauf Rüstəmov iştirak ediblər.

Çıxış edən Mərkəz direktoru Nicat Göyüşov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş nitq söyləyib, dahi liderin müdrikliyindən, özündən sonra Azərbaycan xalqına miras qoyduğu bənzərsiz irsdən və bu siyasi xəttin layiqli davamçısı Prezident cənab İlham Əliyevin vətənimizin, xalqımızın, dövlətimizin inkişafı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən danışıb.

Çıxış edən digər natiqlər də dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü işlər, həyata keçirdiyi uğurlu layihələr haqqında ətraflı danışıblar, böyük azərbaycanlı siyasi xadimin əziz ruhuna dərin ehtiram ifadə ediblər.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər