Sizin Reklam Burada

Azərbaycanda bələdiyyə sədri HƏBS EDİLDİ

Azərbaycanda bələdiyyə sədri HƏBS EDİLDİNeftçala rayon sakinlərinin rayonun Xolqarabucaq bələdiyyəsinin sabiq sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş kollektiv müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Neftçala rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Qismət Qəfərov bələdiyyə sədri işləyərkən ayrı-ayrı şəxslərdən qaimə-faktura və ödəniş tapşırıqlarından qanunsuz istifadə etməklə müxtəlif texnoloji avadanlıqların, mebel əşyalarının və yanacaq məhsulunun alınması ilə bağlı bələdiyyənin büdcəsindən həmin şəxslərin hesabına müəyyən pul məbləğlərini ödəməklə öz şəxsi məqsədləri üçün istifadə edib ümümilikdə xeyli məbləğdə bələdiyyə əmlakını mənimsəmiş, bundan başqa icarə müqaviləsinin müddətinin uzadılması məqsədilə müraciət etmiş kənd sakini Anar Əmrahova zor tətbiq etməklə qəsdən sağlamlığına yüngül zərər vurub.

Qismət Qəfərov Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər