Sizin Reklam Burada

Quba məktəblilərinin natiqlik forumu keçirilib

Quba məktəblilərinin natiqlik forumu keçirilibŞagirdlər arasında özünü düzgün ifadə edə bilmək, auditoriya qarşısında nitq söyləmək, müxtəlif mövzularda tədqiqat aparmaq və təqdimat edə bilmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Quba məktəbliləri arasında ilk dəfə natiqlik forumu keçirlib.

Forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən “Sözün sehri” şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi” layihəsində təşkil olunub.

Microsoft Teams platforması üzrəindən distant qaydada keçirilən forumun rəsmi hissəsində çıxış edən layihə rəhbəri Nərgiz Mahmudova forumdan öncə şagirdlərin iştirakı ilə keçirilən təlimlər barədə məlumat verərək bildirib ki, layihəyə Quba şəhər 2,5,6 saylı, Quba rayonu Qəçrəş, Hacıqayıb, Alekseyevka, Bağbanlı, II Nügədi kənd 3 saylı tam orta məktəblərinin və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 8-11-ci siniflərində təhsil alan ümumilikdə 64 nəfər şagird cəlb olunub. “Yaxşı təhsil yalnız məktəblərdə verilə bilər” mövzusunda təqdimat işlərini təşkilat komitəsinə 51 nəfər şagird təhvil verib. Münsiflər heyyətinin qiymətləndirməsinə əsasən 9 nəfər şagirdin təqdimat işləri mükafata layiq görülüb.

Rəsmi hissədə çıxış edən Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bu kimi tədbirlərin şagirdərin fərdi inkişafında, natiqlik, araşdırma və təhliletmə qabiliyyətlərinin artırılmasında müsbət əhəmiyətə malik olduğunu qeyd edərək layihə ideyasının reallaşmasına görə layihə rəhbərinə, eləcə də dəstəyə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib.
Digər çıxış edənlər, Hacıqayıb kənd tam orta məktəbinin direktoru Şəmsəddin Feyzullayev, Qəçrəş kənd tam orta məktəbinin direktoru Həbib Hacıyev, Alekseyevka kənd tam orta məktəbinin direktoru İsa Əlixanlı, Quba şəhər 5 saylı tam orta məktəbin müəllimi Qənirə Əliməmmədova, II Nügədi kənd 3 saylı tam orta məktəbinin direktor müavini Günel Atakişiyeva, Bağbanlı kənd tam orta məktəbinin direktor müavini Aliyə Qocayeva, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin müəllimi Rövşən Zamanov layihənin şagirdlər üçün əhəmiyyətli olduğunu bildirərək hər kəsə uğurlar arzulayıblar.

Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirilib.

Münsiflər heyyətinin qərarı ilə Quba şəhər 5 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Afət Rəhimova birinci, Quba rayonu Hacıqayıb kənd tam orta məktəbinin 11-ci sinif şagirdləri Ləman Niyətova və Zümrüd Bədəlova ikinci, Quba rayonu II Nügədi kənd 3 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Nərmin Yunusova, Quba şəhər 6 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Süsən Xanmədova, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdi Samirə Əliyeva, həmin liseyin 9-cu sinif şagirdi Sadıq Mahmudov, Quba rayonu Hacıqayıb kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Şəfəq İbrahimova və Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Könül Əzizova üçüncü yeri tutublar.

Əsasnaməyə uyğun olaraq məktəblər üzrə nominasiyada isə Quba rayonu Hacıqayıb kənd tam orta məktəbi birinci, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey ikinci, Quba şəhər 5 saylı tam orta məktəbi isə üçüncü dərəcəli diploma layiq görülüb.
Qalib və mükafatçılar karantin qaydalarına uyğun olaraq kubok, medal, diplom və kitab hədiyyələri ilə təltif olunublar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər