Sizin Reklam Burada

Əlil qadına təcavüz etdiyi deyilən sədr danışdı

Əlil qadına təcavüz etdiyi deyilən sədr danışdıRəna Hacıyeva adlı şəxsin mənim haqqımda səsləndirdiyi iddialar əsassızdır. O paranoya xəstəliyindən əziyyət çəkir.

Bunu Axar.az-a Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Rəna Hacıyevanın ona qarşı səsləndirdiyi təcavüz iddiasına cavab olaraq deyib. O bildirib ki, Rəna Hacıyeva kimlərinsə köməkliyi ilə ona qarşı qarayaxma kampaniyasına başlayıb:

“O xanımın bizim təşkilata heç bir aidiyyəti yoxdur. Nə Qarabağ əlilidir, nə də şəhid ailəsi. Mənə çatan məlumata görə, bu xanımın və onunla əlbir olan şəxslərin arxasında bəzi şəxslər var ki, onlar mənim təşkilatın sədri vəzifəsindən getməyimə çalışırlar. Bu səbəbdən mənə qarşı şər-böhtan atılır. Rəna Hacıyevanı mənə və ailəmə qarşı atdığı şər-böhtana görə məhkəməyə verdim. Onun iddiası ilə bağlı şübhələr yarandığı üçün məhkəmənin qərarı ilə R.Hacıyeva məcburi şəkildə səhhəti ilə bağlı müayinəyə göndərildi və müayinənin nəticəsinə əsasən ona “paranoyya” diaqnozu qoyuldu. Onun xəstəliyindən xəbər tutduqdan sonra həbs edilməklə cəzalandırılmaması üçün ərizə yazdım. Lakin əməllərinə görə məhkəmənin qərarı ilə əmək haqqının 20 faizi məcburi kəsilərək, dövlətə köçürüldü. Rəna Hacıyeva da bu qərardan razı olmadı və apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədi. İndi də Rəna Hacıyeva barəmdə Ali Məhkəməyə şikayət məktubu göndərib.

Mən də yenidən onu şərəf və ləyaqətimi alçatdığı üçün məhkəməyə verəcəyəm. Amma bu dəfə xəstəliyinə görə güzəştə getməyəcəyəm”.

Mehdi Mehdiyev Rəna Hacıyevanın iddiasına qarşı məhkəmə üçün yalançı şahid tutması və medalları pulla satması barədə səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib:

“Onun məhkəməyə yalançı şahidlər aparmağım barədə dedikləri də yalandır. O qadın ofisə gəlib qalmaqal salır, evimə gedib, qonşularımın yanında qışqıraraq, biabırçı hərəkətlər edir. Onun hərəkətlərini sübut edəcək görüntüləri məhkəməyə təqdim etmişəm.

Birliyimiz isə medalları satmır, onlar ictimai medaldır. Bir adam çıxıb deyə bilməz ki, Mehdi Mehdiyev mənə medal satıb. Bu, mümkün deyil. Hətta bu cür əmələ görə zamanında iki sədri vəzifəsindən azad etmişəm. Çünki şikayət olmuşdu və öz təsdiqini tapmışdı”.

Mehdi Mehdiyev atasının qardaşı İlyas Mehdiyev tərəfindən öldürülməsi ilə bağlı məlumata da münasibət bildirib:

“Atamla anam hələ mən uşaq olanda rəsmi şəkildə ayrılıb, atam başqa bir xanımla ailə qurub və qətl hadisəsi də o ailədə baş verib, mənə heç bir aidiyyəti yoxdur. Biz 6 uşaq olmuşuq və anamla yaşamışıq. Bir qardaşım şəhid olub və mən də Qarabağ əliliyəm. Mən yalnız bu ailədə baş verənlərə görə məsuliyyət daşıyıram”.

Qeyd edək ki, 2-ci qrup əlil Rəna Hacıyevaya saytımıza müraciət edərək, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi İmdad oğlu Mehdiyevin 2015-ci ildə ona təcavüz etdiyini və təzyiqlərinə məruz qaldığını iddia edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər