Sizin Reklam Burada

Məşhur meyxanaçılar saxlanıldı - Foto

Məşhur meyxanaçılar saxlanıldı - FotoAvqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan daha 2 nəfər - meyxanaçı paytaxt sakinləri Orxan Əzimov (Orxan Lökbatanlı) və Elşən Qürbətov (Elşən Xəzər) Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.

Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat cərimə olunublar.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər