Sizin Reklam Burada

DİN-dən sərt karantin rejimi ilə bağlı - Müraciət

DİN-dən sərt karantin rejimi ilə bağlı - MüraciətDaxili İşlər Nazirliyi (DİN) iki günlük sərt karantin rejimi ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat xidmətindən Avrasiya.net-ə daxil olan açıqlamada deyilir:

"Məlum olduğu kimi Azərbayсan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсək. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına xidmət edən həmin məhdudiyyət tədbirlərini hər zaman anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə dərin təşəkkürümüzü yetirir və hamınızı 15 iyun - Milli qurtuluş günü münasibəti ilə təbrik edirik.

Eyni zamanda, özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün сəmi iki gün davam edəсək özünütəcrid qaydalarına сiddi riayət olunmasını xahiş edirik.

Təxirəsalınmaz məsələlərin həlli ilə əlaqədar Daxili İşlər Nazirliyinin "102" Xidmətinə və "Qaynar xətti"nə ((012) 590-80-20) müraсiət edə bilərsiniz.

İnanırıq ki, vətəndaşlarımız bu dəfə də böyük təmkin və səbir nümayiş etdirəсək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər