Sizin Reklam Burada

“Yerli icra hakimiyyəti orqanlarında vəziyyət ürəkaçan deyil” - Azay Quliyev

“Yerli icra hakimiyyəti orqanlarında vəziyyət ürəkaçan deyil” - Azay Quliyev“Bu gün ictimai nəzarət və onun tətbiqi ən aktual məsələlərdən biridir”.

Avrasiya.net-in xəbərinə görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Azay Quliyev deyib.

“Ölkə başçısı Milli Məclisin ilk iclasında etdiyi çıxışda da ictimai nəzarətin önəmindən bəhs edib. Biz bu gün bu nəzarətin kifayət qədər yüksək səviyyədə həyata keçirilməsindən danışa bilmirik. İctimai şuralar yaradılmalıdır. 33 mərkəzi icra hakimiyyəti orqanının yalnız 11-də belə qurum yaradılıb. Yerli icra hakimiyyəti orqanlarında isə vəziyyət ürəkaçan deyil. Burada vətəndaşlar, ayrı-ayrı qurumlar dediyim qurumların fəaliyyətinə açıq şəkildə nəzarət həyata keçirilə bilər. Bu gün aidiyyəti dövlət qurumları bu şuraların yaradılmasında maraqlı olmalıdır. Bəziləri bu şuraları yaratsa da, bu, formal xarakter daşıyır. Qurumdan qrant alan ictimai şuralar həmin qurumdan asılı vəziyyətdə olacaqlar”, - deyə deputat əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər