Sizin Reklam Burada

Jurnalist Ekspert Mərkəzi xəbər saytı yaratdı - rupor.az

Jurnalist Ekspert Mərkəzi xəbər saytı yaratdı -  rupor.az
Yeni xəbər saytı yaradılıb. Bu barədə Jurnalist Ekspert Mərkəzi İctimai Birlyi (JEM) məlumat yayıb. Mərkəzin dəstəyi ilə yaradılan sayt Rupor. az adlanır.

Baş redaktor vəzifəsini icra edəcək JEM sədri Ceyhun Musaoğlunun fikirləri də məlumatda əksini tapıb.
JEM sədri saytın ənənəvi media quruluşlarından fərqlənməyəcəyini, jurnalistika sahəsində yeni dövrün tələblərinə cavab verən qaydalara uyğun şəkildə fəaliyyət göstərməyə çalışacağını, zamanla texniki imkanlarını artıracağını, bununla ictimaiyyətin sağlam xəbər almaq arzusunun tam gerçəkləşməsinə səy göstərəcəyini, ölkədə mətbu mühitin saf qalmasına dəstək verəcəyini, jurnalistikanın rupor mahiyyətli olduğunu örnək tutacağını bildirib.

C.Musaoğlu “Rupor” adına aydınlıq gətirib: “Əslində jurnalistika rupor rolunu oynamalıdır. İctimaiyyətin səsini gücləndirib hökumətə, hökümətin səsini gücləndirb ictimaiyyətə çatdırmaq ruporluğun məna yüküdür. Burada “gücləndirmək” ifadəsi özündə müsbət olan çox mənanı əks etdirir. Cəmiyyətdəki təbəqələrin bir-birini aydın eşitməsi vacibdir. Jurnalist məhz belə bir mühitin yaradılmasına xidmət edən peşə sahibidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər