Sizin Reklam Burada

Ağır çıxsa da deyəcəm... - Rauf Arifoğlu yazdı

Ağır çıxsa da deyəcəm... - Rauf Arifoğlu yazdı
Bəzən mənə absurd iradlar tuturlar!

Daha çox müxalifətin Əli Kərimli cinahına aid fəallardan gəlir bu iradlar!

Səmimi olanlar da var.

Qərəzlilər daha çoxdu.

Keçdiyim yoldan qürur duyuram. Milli Azadlıq Hərəkatında, Vətən müharibəsində, milli mətbuatın qurulmasında ən ön cərgədə oldum. İndi mənə tutulan iradların mahiyyətinə baxsaq, görərik ki, 2-3 bitmiş, tükənmiş, öz təşkilatının möhürünü və arayışını mühacir biznesində istifadə edən müxalifət funksionerlərinə daha dəstək verməməyimi satqınlıq sayırlar! Və niyə iqtidara kəskin münasibətimi dəyişmişəm. Niyə dalaşmıram...

Ağır çıxsa da yazacam! 25 il dəstək verdiyim, uğurlarında iki dəfə həbs yatdığım adamlar dönük, becəriksiz çıxdılar! Məni istintaqda belə satdılar! Daha nə etməli idim! Orada onlarla bərabər qalıb, mühacir möhtəkirliyimi etməli idim? Qəzetimi, kollektivimi götürüb, o bataqlıqdan çıxdım, öz mövqemi, öz sistemimi qurdum! Təbii ki, ayaqda qalmaq, mövcudluğu qorumaq üçün manevrlər də etdim! Siyasətçinin işi budur da.

Bəzən 2005-ci ilin kadrlarını göstərib, yazırlar ki, dəyişdi, o zaman belə deyirdi, indi belə deyir... Bəs, necə olmalıdır? 15 ildə dünya dəyişib, Azərbaycan dəyişib, müxalifət dəyişib, iqtidar dəyişib, Prezidentin siyasəti dəyişib, öncəliklər dəyişib, 1 yaşında, danışmağı bilməyən körpə uşaq unuversitetə girib, 17-18 yaşındakı tələbə nazir olub, deyirsiz, elə dəyişməyən biz olmalıyıq? Siyasət məhz zamanında uğurlu manevrlər etmək qabiliyyətini nümayiş etdirəcək sahədir. Sənə düşməncə münasibət bəsləyən bir böyük gücü müttəfiqə çevirmək, dosta çevirmək, ya da özünü hədəf taxtasından çıxartmaq! O qədər də sadə iş deyil! Amma vacibdir! Siyasət məhz elə bir sahədir ki, burada bir-birinə güllə atan, düşmən olan tərəflər sonradan koalisiya, ortaq hökumət, ortaq təşkilat qurur. Məsələn, Türkiyədə DSP və MHP.

Zamanında bir birindən 1000 nəfərə yaxın tərəfdar öldürmüşdülər, qarşılıqlı olaraq. Amma illər sonra ortaq hökumət qurub, iqtidara gəldilər. Mənimsə bu iqtidarla, Prezidentlə aramda söz atışmasından başqa heç nə olmayıb. Bəli, çoxları arzulayır ki, bu davam etsin! Onlar qalsınlar kölgəmdə, iqtidarla həmişəki kimi, yenə mən təkbaşına mübarizə aparım. Amma daha olmayacaq! Çox şey dəyişdi! Üstəlik, bu gün Qarabağla bağlı, ölkənin sabitliyi və dəyişikliklərlə bağlı bütün məsuliyyət Prezident İlham Əliyevin üzərindədir! Prezident indi o kadrları dəyişir ki, illərdir bütün müxalifət, mən özüm də, məhz onların hakimiyyətdən getməsini tələb və arzu etmişik. Belə bir vacib ictimai-siyasi dəyişiklikdə, təbii ki, Prezidenti, dəyişikliyi dəstəkləyəcəyəm! Onun Qarabağ məsuliyyətinə dəstək verəcəm! Ölkənin sabit qalması xəttinə dəstək verəcəm! Azərbaycanı qarışdırmaq istəyənlərə "yox" deyəcəm...

Mühacirət biznesinə girişib, təşkilatlarının möhürü ilə arayış satan siyasət dəllallarını dəstəkləməyəcəm!

...Siyasətdə hər zaman köhnə, işləməyən, fayda verməyən ittifaqlar pozulur, yeniləri, daha optimalları yaranır. Siyasət, siyasi mövqe, siyasi təşkilat din deyil, vətən deyil ki, dəyişəndə xəyanət sayılsın. Müxalifət liderləri də müqəddəs deyillər, mürşid deyillər, təriqət liderləri heç deyillər. Hakimiyyətə gəlmək istəyən bir qrup insanın könüllü seçdikləri rəhbərdirlər. Tək vəzifələri var - iqtidar olmaq, ya da iqtidarı paylaşmaq! Bunu edəmmirlərsə, 25-30 ilə heç nə bacarmırlarsa, tərk edilməyi haqq edirlər.

Mənə gəldikdə isə, nə müsavatçılıq əqidəmi, nə qəzetimi, nə də jurnalist kollektivimi dəyişmişəm! 30 il əvvəl kim idimsə, indi də oyam - qəzet redaktoru! Hazırda Müsavat adına ən ciddi, ən uğurlu brend mənim 1989-cu ildə yaratdığım "Yeni Müsavat" brendidir. Hərəkatın yeganə uğurlu layihəsi! Bu brendin təmsilçisini qurulmasında yaxından iştirak etdiyim dövlətin parlamentinə gətirmək istəyirəm.

İnşallah ki, olacaq!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər