Sizin Reklam Burada

Artıq mühüm yolu qət etməyə başlamışıq

Artıq mühüm yolu qət etməyə başlamışıqMehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri


Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolu uğurla reallığa çevrilən layihələrdən, eyni zamanda, imzalanan sənədlərdən aydın görünür. Son zamanlar enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. İstər Azərbaycanın Avropa dövlətlərinə, istərsə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin ardıcıl xarakter alması, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər də bunu təsdiqləyir.

Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları da ötən bir ildə ölkəmizin enerji sektorunda qazandığı uğurların təqdimatı oldu. Nəzərə alsaq ki, bu gün Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısıdır, hər iki iclasın ölkəmiz üçün önəmi, eyni zamanda, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində əhəmiyyəti daha aydın nəzərə çarpır.

Qeyd edək ki, toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. Tədbirdə müxtəlif ölkələrdən nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər.

Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirdi.

Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi. Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlər imzalandı.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam oldu.

Dövlət başçısı İlham Əliyev çıxışında Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu potensialdan və gələcək əməkdaşlıqdan geniş bəhs etdi. Bu əminlik ifadə edildi ki, əlaqələrin genişləndirilməsi üçün böyük potensialımız vardır. Qarşılıqlı etimad, həmrəylik ruhunda hədəflərə yüksək səviyyədə nail ola bilərik. “Burada, “Gülüstan” sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib. Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir. Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, bu ilin mühüm nailiyyətlərindən biri Azərbaycanın daha iki ölkəyə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu: “Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.”

Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışı edilən ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və Anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etmək planlaşdırılıb.

Ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində də bərpaolunan enerji sahəsində mövcud imkanlara, həmçinin Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-a diqqəti yönəltdi. Bildirdi ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.

O da vurğulandı ki, biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük. Çaylarımızda su, dağlarımızda qar, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialımız 157 giqavat təşkil edir.

Cənab İlham Əliyev böyük inamla bildirdi ki, artıq mühüm yolu qət etməyə başlamışıq. Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib.

Azərbaycanın uğurlu enerji siyasəti beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir, eyni zamanda, dayanıqlı inkişafı şərtləndirir. Ölkəmizin iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi hər bir çətinlikdən uğurla çıxmasına stimul verir. Hazırda neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritetdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər