Sülh müqaviləsi Ermənistanın fiziki və siyasi xilasına vasitə ola bilər
Artıq danılmazdır ki, özlərini dünyanın nəhəng və güclü hesab edən dövlətlərin siyasi məqsədləri üçün istifadə etdiyi vasitə və üsullar keçərli deyil və bu hal dünyada yeni geosiyasi vəziyyət yaradıb.
Qloballaşmanın ləngiməsi və hətta reqresivləşməsi, kiçik dövlətlərin, xalqların müstəqillik və suverenliyini praktik şəkildə gücləndirib. Əminliklə demək olar ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının (TŞ) öz mövqeyini və əhəmiyyətini itirib. BMT TŞ-nın belə bir dişsiz təşkilata çevrilməsinin əsas səbəbi məhz bu TŞ-nın daimi beş üzvünün ədalətsiz, zorakı fəaliyyətidir. Veto hüququ isə dünya üçün əhəmiyyətli qərarların qəbulunu faktiki əngəlləyən vasitədir.
Belə bir geosiyasi vəziyyətdə beynəlxalq hüquq lazımi nəticə verə bilmədiyindən, digər, sonradan yaranan beynəlxalq təşkilatlar hansı ki, ümumi və sadə səs çoxluğu ilə qərarlar qəbul edir daha efektiv vı səmərəli fəaliyət göstərir, nüfuz qazanır. Qoşulma Hərakatı, Türk Dövlətləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatını efektiv beynəlxal təkilat kimi dəyərləndirmək olar.
Əlbəttə ki, 44 günkük müharibədə Böyük Britaniyanın BMT TŞ-da anti Azərbaycan qətnaməsini veto hüquqdan istifadə edərək qəbuluna mane olması Azərbaycanın haqq işini qələbəyə çatdırmasına imkan verdi. Ancaq, belə ədalətli nümunələr BMT TŞ-da çox kəsadır. Azərbaycanın çox və böyük arxası olan Ermənistanı məğlub etməsi, 2020-ci il 9 noyabrdan sonrakı dövrdə daha qəti addım admağını şərtləndirdi və son nəticədə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyi tam bərpa etdi hansı ki, Azərbaycanı durdurmaq, vəziyyəti dondurmaq cəhdləri böyük güclər tərəfindən ara vermirdi. Azərbaycanın iqtsadi və hərbi gücü imkan verdi ki, açıq düşmənçilik edən Fransa, İran, ABŞ və hətta Rusiyanın prosesdə planlarını dayandırsın. Sözsüz ki, iqtisadi və hərbi güclə yanaşı siyasi iradə şərti həlledici gücə malikdir.
Azərbaycanın Ermənistan timsalında günya gücləri ilə savaşdan qalib çıxmasını şərtləndirən ən əsas amil, məhz Azərbaycan xalqının milli maraqları, dövlətçilik naminə birliyi idi. Azərbaycan xalqı dünyanın heç bir xalqının, insanın istəmdiyi müharibəni böyük sevinclə qarşılayaraq, böyüklüyünü, qalibiyyətini sübut etdi. İndi dünya Azərbaycanın kim olduğunu, tarixinə qayıtdığını yaxşı anlayır.
Azərbaycan, türk dünyasının inkişaf mərhələsinin yeri dövrü başlayıb. Artıq Azərbaycan bir dövlət olaraq, son iki əsrdə yaşadığı müdafiə xəttini, hücum və güclünün haqqına çevirə bilib. Zatən dünya belə də idarə olunur.
Azərbaycanın qarşısında düşmənlə sülh müqaviləsi şərt deyi, dəfələrlə qeyd etdiyim kimi, sülh müqaviləsi Ermənistanın fiziki və siyasi xilasına vasitə ola bilər. Ermənistan rəhbərliyi də anlayır ki, dövlət Konstitusiyasına, müstəqillik bəyannaməsinə zəruri dəyişiliklərin edildiyi halda, Ermənistan dövlətçillyini qorumaq şansı qazanır. Yeri gəkmişkən, Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimində Ermənistan qarşısında şərtini açıq şəkildə səsləndirdi. Ermınistan baş naziri Nikol Paşinyan isə son açıqlamasında Azərbaycanla yeni müharibə ehtimalından danışdı. Ardınca isə Suren Papikyan çıxışında Zəngəzur dəhlizinə Ermənistanın nəzarət edəcəyi halda, onun açılmasının mümkünlüyünü bildirib.
Zəngəzur dəhlizi, proyekti hər hansı manedən asılı olmayaraq realaşacaq. Əlbəttə ki, Zəngəzur dəhlizi açılandan sonra, bu həm iqtisadi və ən əsası isə digər zəncirvari siyasi nəticələrə səbəb olacaq. İranın Zəngəzur dəhlizinə qarşı olmasının əsas səbəbi məhz onun, psixaloji və siyasi nəticələridir hansı ki, bütövləşmə prosesini sürətləndirəcək. İranın öz ərazisindən Zəngəzur dəhlizinin analoquna çalışmasında marağı, məhz bu perespektivləri mümkün hesab etməsidir. Bu arada qeyd etmək yerinə düşər, Azərbaycan Talibanla da işləməyə başlayıb.
Vüqar Dadaşov