Sizin Reklam Burada

Minsk Qrupunu yenidən “diriltmək” cəhdləri əbəsdir

Minsk Qrupunu yenidən “diriltmək” cəhdləri əbəsdirNail Cəlil: “Bu, özünü doğrultmayan, yarımçıq, hətta uğursuz bir missiyadır”

“ATƏT-in Minsk Qrupu fəaliyyət göstərdiyi dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ciddi, konkret addımlara ata bilməyib. Xüsusən, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyi dövrdən – 1993-cü ildən 2020-ci ilin sentyabrına, 44 günlük Vətən müharibəsi başlayana qədər 28 illik müddətdə işğalı davam etdirən Ermənistana hər hansı sanksiya tətbiq olunmayıb. Doğrudur, BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin işğal olunmuş əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsi üçün 4 qətnamə qəbul edib. Minsk Qrupu həmin qətnamələrin icrasını təmin etməli olduğu halda Ermənistana bununla bağlı ciddi təpki, sərt reaksiya göstərilməyib. Müəyyən həll mexanizmləri Lissabon, Madrid prinsipləri təklif olunsa da, münaqişənin həlli ilə bağlı işğalçı Ermənistanın üzərinə konkret öhdəliklər qoyulmayıb. Əksinə, problemin dondurulmasına səy göstərilib, münaqişənin ədalətli həlli məqsədli şəkildə yubadılıb”.

Bu fikirləri Avrasiya.net-ə eksklüziv açıqlamasında Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə söylənilənləri şərh edən politoloq Nail Cəlil səsləndirib. Politoloq vurğulayıb ki, bu mənada, “44 günlük müharibəyə görə, məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin üzərinə düşür” deyən dövlət başçısı tam haqlıdır: “Çünki Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin sülh yolu ilə ədalətli, ərazi bütövlüyü çərçivəsində həllinə çalışıb. BMT daxil olmaqla ən nüfuzlu beynəlxalq qurumlar, təşkilatlar qarşısında bu məsələni qaldırıb, BMT-nin Təhlükəsizlik Şurasının bəlli 4 qətnaməsinin icra olunmasına səy göstərib. Lakin məhz Minsk Qrupunun ətalətli davranışı, fəaliyyətsizliyi, bir sıra hallarda işğalçı ilə işğala məruz qalan tərəfin süni şəkildə eyniləşdirlməsi səyləri səbəbindən konkret nəticə əldə olunmayıb”.

Nail Cəlil daha sonra qeyd edib ki, bütün bunların müqabilində Azərbaycanın Vətən müharibəsinə başlayaraq, öz torpaqlarını hərb yolu ilə azad etməkdən başqa çıxış yolu, alternativi qalmayıb: “Burada bir məqamı da xatırlatmaq yerinə düşür ki, BMT-nin Təhlükəsizlik Şurasında 4 qətnaməni qəbul edən beş daimi üzv ölkədən üçü – ABŞ, Fransa, Rusiya Minsk Qrupunun daimi həmsədrləri olublar. Başqa sözlə, qətnamələrin icra mexanizminin təmin olunması burada da onların imkanları daxilində olub. Ancaq 44 günlük müharibəyə qədər bunu etməyiblər, ya etmək istəməyiblər. Buna görə, Minsk Qrupunu süni şəkildə, yenidən diriltmək cəhdləri əbəsdir”.

Siyasi ekspert onu da bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, 44 günlük müharibənin yekununda, 10 noyabr bəyannaməsinə uyğun olaraq, münaqişə artıq əhəmiyyətli dərəcədə həll olunub və Minsk Qrupunun vasitəçiliyinə xüsusi ehtiyac qalmayıb: “Müəyyən dövrdə müsbət çalarlarına, bəzi könstruktiv təkliflərə baxmayaraq, bu, ümumilikdə, özünü doğrultmayan, yarımçıq, hətta uğursuz bir missiyadır. Digər tərəfdən, həmsədr olmuş ölkələrin də baş vermiş münaqişəyə münasibətini çox da ədalətli hesab etmək mümkün deyil. Bu səbəbdən Minsk Qrupu həmsədrlərinin görməli olduğu işi, beynəlxalq hüquqa söykənərək, 4 qətnaməyə, BMT-nin nizamnaməsinə, ərazi bütövlüyü, suveren haqların bərpası hüququ prinsiplərinə istinad edərək, Azərbaycan yerinə yetirib. Torpaqlarını azad edib, sərhədlərini, ərazi bütövlüyünü bərpa edib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər