Sizin Reklam Burada

Xankəndinə icazəsiz gedən diplomatlar həbs oluna bilər – Politoloq

Xankəndinə icazəsiz gedən diplomatlar həbs oluna bilər – Politoloq“Bizim üçün fərqi yoxdur, Dağlıq Qarabağa – Xankəndinə və digər yerlərə rəsmi Bakıdan icazə almadan gedənlərə qarşı sərt tədbirlər görülə bilər. Hətta icazəsiz səfər edən diplomatların və digər şəxslərin həbsi də istisna deyil. Həmin şəxslərin iznsiz səfər etdiyi ərazilərdən güc vasitəsi ilə çıxarılması da nəzərdə tutulur”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Prezidentin 6 yanvar müşavirəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, bununla da biz dünyaya bəyan edəcəyik ki, suveren ərazilərimizə icazəsiz gələn şəxslərin səfərləri qeyri-qanunidir:

“Burada həmin adamların rəsmi və qeyri-rəsmi şəxs olmasının heç bir fərqi yoxdur. Çünki Dağlıq Qarabağ artıq bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Bizim buna həm hüquqi, həm də siyasi əsasımız var. Digər tərəfdən, Xankəndinə rəsmi Bakının icazəsi olmadan səfər edən diplomatlarla bağlı Azərbaycan diplomatik xətlə öz etirazlarını bildirəcək. Yəni buna davam edəcək. Bundan başqa həmin şəxslər “persona non qrata” elan edilərək arzuolunmaz şəxslər siyahısına salınacaq. Artıq bizim belə bir təcrübəmiz var. İcazəsiz səfər edənlərə rəsmi Bakı sanksiya tətbiq edib onları “qara siyahı”ya sala bilər”.

Politoloq Xankəndinə icazəsiz səfər edənlərlə bağlı rəsmi Bakının ata biləcəyi istisna olunmayan başqa addımlardan da bəhs edib:

“Bizim Xankəndinə yaxın zolaqlarda hərbi birləşmələrimiz də var. Hər halda icazəsiz səfər edən diplomatlar orada hərbi güclə də üzləşə bilərlər. Bu hal da istisna deyil. Çünki həmin ərazilər hərbi zonadır. Eyni zamanda, Azərbaycanın ərazisidir. Üstəlik, orada hələ də terrorçular var. Bizim hərbçilərimiz indi də oradakı terrorçularla mübarizə aparır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər