Sizin Reklam Burada

"Azərbaycan hər zaman beynəlxalq hüququn normalarına əməl edib"

"Azərbaycan hər zaman beynəlxalq hüququn normalarına əməl edib"Mirsamir Məmmədov
Politoloq

İşğalçı ölkə mütamadi olaraq Azərbaycan sərhədlərinə qarşı təxribat halları törədir. Tez-tez kəşfiyyat diversiya qurupları göndərir. Arabir erməni PUA-ları sərhədlərimizdə uçmağa təşəbbüs göstərir.

Əlbəttə ki‚ Azərbaycanın beynəlxalq qanunlarla və hərbi müdafiə qaydalarına uyğun olaraq özünü müadiə hüququ vardır. Bu səbəbdən sərhədlərimizə yaxınlaşan bütün pilotsuz uçuş aparatları və qanuni səhədlərimizə zorla daxil olmaq istəyən erməni kəşfiyyat dəstələri daim güclü ordumuz tərəfindən zərərsizləşdirilib. Sərhədlərimizə yaxınlaşan həmin kəşfiyyat dəstələri terror aktları da törədə bilərlər. Odur ki‚ beynəlxalq səviyyədə qəbul edilən qanunlarla hər bir ölkənin və dövlətin öz ərazi bütövlüyünü və suvenliyini qorumaq hüququ var və Ermənistan isə Azərbaycanın beynəlxalq qanunlarla qorunan ərazi bütövlüyünə qarşı daim təhlükə törətməyə çalışıb. Əvvəla Ermənistan işğalçıdır və BMT Təhlükəsizlik Şurasının bunu təsdiq edən 4 ardıcıl qətnaməsi var. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan və qəbul edilən 20 faiz torpağını ermənilər işğal edib. BMT Təhlükəsizlik Şurası isə ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsi barədə 4 qətnamə mövcuddur. Halbuki‚ BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin icrası məcburi xarakter daşıyır.

Yəni Ermənistan bu BMT qətnamələrini dərhal icra etməli və Azərbaycan torpaqlarını tərk etməyə məhkum olduğu halda‚ əksinə olaraq Azərbaycanın Dövlət sərhədlərinə qarşı mütamadi təxribat hücumları həyata keçirir. Eyni zamanda səhədlərimizə kəşfiyyatçı dəstələr göndərməyə davam edir. Silahlı Qüvvələrimiz isə çox çevik və operativ davranaraq erməni kəşfiyyatçılarını zərərsizləşdirərək bir erməni kəşfiyyatçısını əsir götürmüşlər. İndi erməni tərəfi hay küy salaraq erməni kəşfiyyatçısının hüquqlarını qorumağa çalışırlar. Erməni tərəfi əsir etdiyi heç bir Azərbaycanlını və mülki vətəndaşı geri verməyib və əksinə olaraq onlara ağır işgəncələr verilib‚ birinci Qarabağ müharibəsində ələ keçirilən Azərbaycanlı mülki əsirlərin daxili orqanları çıxarılaraq xarici bazarlarda satılıb.

Hazırda isə Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistanda işgəncə altındadır.

Hazırda erməni kəşfiyyatçısına qarşı beynəlxalq qanunlarla davranılır və Azərbaycan tərəfi hər zaman beynəlxalq hüququn bütün normalarına əməl edib‚ bu günə qədər beynəlxalq hüquq normalarının və qanunların əksinə olacaq heç bir addım Azərbaycan tərəfindən atılmamışdır. Azərbaycan Dövlətinin atdığı bütün addımlar beynəlxalq hüquqa və normativ hüquqi aktlara uyğun olub. ermənistan isə daim bunun əksini edib və 20 faiz Azərbaycan torpaqlarını işğalda saxlamaqla bərabər‚ mütamadi ərazilərimizi‚ mülki vətəndaşlarımızı və sərhədlərimizi iri çaplı silahlardan atəşə tutaraq beynəlxalq qanunların ziddinə olaraq hərbi cinayətlər həyata keçirir.

Son olaraq da ərazilərimizə və hərbi obyektlərimizə qarşı keçirtmək istədiyi Diversiya-kəşfiyyat hərəkətləri də ermənilərin növbəti bir təxribat və terror aktı törətmək məqsədi daşıyırdı ki‚ bunun da qarşısı qəhrəman əsgərlərimiz tərəfindən dərhal alındı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər