"Müharibəni uduzsaq, ölkəmizin müstəqilliyini itirəcəyik”
Dərc olunub:
Bu gün, 08:40
Ukrayna müharibədə Rusiyaya məğlub olarsa, onun bir hissəsinə çevriləcək.
Avrasiya.net xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əgər biz bu müharibəni uduzsaq, ölkəmizin müstəqilliyini itirəcəyik”, – Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna xalqı Rusiyadan daha güclüdür:
“Əgər müstəqilliyimizi itirsək, əgər Rusiyanın bir hissəsinə çevrilsək, bu, tamamilə dəhşətli bir itki olar. Mən əminəm ki, bu baş verməyəcək”.
