"İran ABŞ-ın şərtlərini qəbul edib geri çəkilməyə hazır deyil"

"İran ABŞ-ın şərtlərini qəbul edib geri çəkilməyə hazır deyil"ABŞ-la İran arasında münasibət o qədər kəskinləşir, o mərhələyə gəlib çatıb ki, bu yaxın günlərdə birincinin ikinciyə hücumu reallaşa bilər. Bu zaman İran geri çəkilər, razılaşma əldə olunar və müharibə baş verməz.

Bunu Avrasiya.net-ə Güney azərbaycanlı hüquq müdafiəçisi, tədqiqatçı Maşallah Rəzmi deyib.

Bəs İran ABŞ-ın şərtlərini qəbul edərsə və müharibə olmazsa nə ola bilər? Onun sözlərinə görə, ABŞ istəyir ki, İran nüvə silahına sahiblənmək iddiasından geri çəkilsin, 440 kilo zənginləşdirilmiş uranı təhvil versin, uzaqmənzilli-ballistik raket proqramının dayandırsın və (Hizbullah, HƏMAS, Hislər və s.) terror təşkilatlarına dəstəyini kəssin: “İran danışıqlara hazır olduğunu deyir, amma ABŞ-ın istəkləri, şərtlərini qəbul edib geri çəkilməyə hazır deyil. ABŞ bilir ki, İran həmişə müzakirələrdən vaxt qazanmaq üçün istifadə edib. Tramp İranla danışıqlar aparıb bir nəticə əldə etməyə hazır deyil. Mənim fikrimcə, İran ABŞ-ın istəklərini, şərtlərini qəbul etməyəcək, yox əgər qəbul edərsə, İran hökuməti onsuz da süqut edəcək. Əgər İran yalnız xarici düşmənlə üzləşsəydi vəziyyətdən çıxa bilərdi, amma indi həm xarici, həm daxildən təzyiqlə üzləşib. Millətlə hökumət arasına qan düşüb. Yanvarın 8-9-da millət etiraza qalxdı, on minlərlə insan öldürüldü, bu zaman hökumət necə dayana bilər. Artıq hökumət ölkəni idarə edə bilmədiyini anlayıb, bütün sahələrdə geriləmə var, millət sosial problemlər içində boğulur. Dövlətin ancaq adı var, bütün səlahiyyət Xameneinin əlində cəmləşib. Əgər müharibə olmazsa rejim millətə qan uddurmaqda davam edəcək. Bu rejimi ya xaricdən qüvvənin müharibəsi ilə, ya da daxildən millətin ayağa qalxmadı ilə dəyişmək mümkün olacaq”.

M.Rəzmi onu da vurğulayıb ki, əgər İran ABŞ-ın şərtlərini qəbul etməsə, o zaman müharibə başlayacaq, Vaşinqton Tehrana hücum edəcək. Qonşu ölkələr tərəflər arasında vasitəçilik edirlər ki, bu müharibə başlamasın: “Hətta deyilir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Vaşinqtona gedib və deyib ki, İrana hücum edilməsin. Əgər ABŞ İrana hücum edərsə o zaman İran da ABŞ-ın müəyyən ölkələrdə yerləşdirdiyi hərbi bazalarını vuracaq. Amma nazir onu da deyib ki, əgər ABŞ İrana hücum etmək qərarına gələrsə, birdəfəlik etsin, yəni rejim çöksün. O da deyilir ki, ABŞ öncə İranın rəhbəri və ətrafını aradan götürsün. Digər bir ehtimal da odur ki, ABŞ SEPAH-ın nöqtələrini susdursun, İranın hərbi strateji obyektləri, zavodlarını bombalasın. ABŞ istəmir ki, müharibə uzun çəksin.

Trampın da fikri odur ki, hücumu sürətlə və az bir zamanda həyata keçirsin. Amma ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatı tez bir zamanda İranda keçirə bilməz. ABŞ ancaq yuxarıda qeyd etdiyim hərbi nöqtələri vura bilər. O da deyilir ki, ABŞ-ın əlində elə güclü silahlar var ki, dünyanın heç bir ölkəsində yoxdur. O silahlardan istifadə edib İranı durdursun, yeni bir modem müharibəni nümayiş etdirsin. Onu da deyim ki, İranda güc strukturlarının elə bölmələri var ki, 47 ildir millətə zülm edirlər, onlar yenə də öz işlərini davam etdirəcəklər. Belə bir vəziyyət yaranarsa Xəzər dənizindən İran körfəzinə qədər təlatüm yaşanacaq. İranın 15 qonşusu var, 7-si quru, 8-i su ilə sərhəd qonşusudur. Onların heç biri bu hadisələrdə seyrici baxmazlar, o cümlədən Azərbaycanda da milli hərəkatın yeni bir forması yarana bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər