Ərdoğan Misirə getdi
Dərc olunub:
Dünən, 16:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə səfər edib.
Avrasiya.net xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Ərdoğan Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşəcək.
“Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq, həmçinin Qəzza, Suriya, ABŞ-İran gərginliyi və regional məsələlər müzakirə olunacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ərdoğan dünən Səudiyyə Ərəbistanına səfər etmişdi.
