Sizin Reklam Burada

GMİ LGBT ilə bağlı bəyanat yayıb

GMİ LGBT ilə bağlı bəyanat yayıbBütün Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Tbilisidə keçiriləcək LGBT paradı ilə bağlı bəyanat yayıb.

Avrasiya.net-ə daxil olan bəyanata əsasən, Bütün Gürcüstan Müsəlmanları İdarəsi LGBT paradın keçirilməsini qəbuledilməz olaraq hesab edib.

Sözügedən bəyanatın tərcüməsini sizə təqdim edirik: “Biz, Gürcüstan müsəlmanları, fərqli dinlərin nümayəndələri və inanclılarımız Gürcüstanda əsrlər boyu dinc yaşayırıq. Aramızdakı fərqlərə baxmayaraq, bu müddət ərzində hər tərəfin öz töhfəsini verdiyi dinc yanaşı yaşamaq mədəniyyətini inkişaf etdirdik. Münasibətlərimiz bizim üçün çox vacibdir, bu qorunmalıdır və gələcək nəsillərə ötürülməlidir. Müasir gerçəklik, xalqın xeyrinə böyük nailiyyətlərin yanında, tez-tez bayağı formada və qəbuledilməz təbliğatla bizə dəyərlərimizi dəyişdirməyi, dəyərlərimizi anormal və məqbul elan etməyi təklif edir.

Fərqli dinlərin nümayəndələri azadlığın bizim üçün çox vacib olduğunu, insan ifadəsi azadlığına hörmət etdiyimizi bildiririk, ancaq LGBT paradı ifadə azadlığı deyil, bəzi qurupların öz intim həyatının ictimai təbliği və başqalarına ötürülməyə çalışması mənasına gəlir. Paradın təşkilatçıları bizim əxlaqımızla uyğun gəlmir və birgəyaşayışın yaratdığı dəyərlərlə ziddiyyət təşkil edirlər. Biz insani dəyərlərə zidd olan əxlaqsızlığı norml qəbul edə bilmərik, nə də buna uyğunlaşa bilmərik.

Əlavə etmək istərdik ki, Gürcüstanda LGBT xalqı heç vaxt həyat tərzinə görə təqib olunmamışdır. Bu cür LGBT paradı isə insanların hüquqlarını qorumaq üçün deyil, gərginlik, böhran və ictimai mübahisələr yaratmağa, beləliklə bu cür insanları bir-birindən ayırmağa və qarşı-qarşıya qoymağa və eyni zamanda bu cür fəaliyyətləri ilə gələcək nəsilə təhlükə yaratmağa yönəlib”,-deyə bəyanatda bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər