Sizin Reklam Burada

Rusiya böyük aclıq təhlükəsi ilə üz-üzə... - Koltaşov

Rusiya böyük aclıq təhlükəsi ilə üz-üzə... - KoltaşovRusiyada yoxsulluqla mübarizə aparmaq üçün saat hesabı əmək haqqı sisteminə keçid etmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı iqtisadçı Vasili Koltaşov deyib.

Ekspert problemin kökündən həllini Rusiya əhalisinin real gəlirlərinin artırılmasında görür:

“2020-ci ildə Rusiya iqtisadiyyatı az stresli situasiyalar yaşamayıb. Onların arasında rublun devalvasiyası da var. Bu, əhalinin gəlirlərinə ciddi zərbə oldu. Regionlarda yoxsulluğun həddən artıq yüksək səviyyədə olduğu ortaya çıxdı. Pandemiya isə tibb işçilərinin maaşlarının çox aşağı olması faktını təsdiqlədi. Biz hələ məktəb və uşaq bağçaları işçilərindən danışmırıq... Ona görə də saat hesabı əmək haqqının ödənilməsinə başlanılmalıdır. Həftədə 40 saatlıq minimum rejim təmin edilməlidir ki, insan zəruri ehtiyaclarını - kommunal xərclərini, ərzaq ehtiyaclarını ödəyə, həmçinin normal geyinə və ailə saxlaya bilsin”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin hökumət iclaslarından birində əhalinin gəlirləri ilə bağlı məmurlara xəbərdarlıq etmişdi. Kreml rəhbəri bildirmişdi ki, SSRİ dövründə defisit səbəbindən əhali çətinlik çəkirdisə, indiki dövrdə gəlirsizlikdən dolayı ərzaq əldə etməkdə çətinlik yaşana bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər