Sizin Reklam Burada

Nikolun babasının SS-çi olması faktı... - Kuznetsov

Nikolun babasının SS-çi olması faktı... - KuznetsovErmənistan Baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən Müharibəsi zamanı Vermaxt (Nasist Almaniyasının quru qüvvələri) bölmələrindən birində vəzifə yerinə yetirdiyi ehtimalı yüksəkdir.

Bu sözləri rusiyalı tarixçi Oleq Kuznetsov Axar.az-a açıqlamasında erməni mediasında yayılan və Nikol Paşinyanın babasının SS sıralarında Sovet ordusuna qarşı vuruşmasını təsdiqləyən arxiv sənədləri haqda Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, Vermaxtın tərkibində 11 nizami batalyon və 55 köməkçi tikinti rotası fəaliyyət göstərib. Və hər rotanın rəhbərliyində 10-12 alman olmaqla, bütün rota etnik ermənilərdən ibarət olub:

“1945-ci il aprelin 1-dək Vermaxt sıralarında olan bütün əsgərlərin sənədləri Almaniyanın Frayburq şəhərinin arxivində saxlanılır. Düşünürəm ki, Nikol Paşinyanın atasının Nasist Almaniyasının maraqlarına xidmət etdiyini göstərən dəlil tapmaq çətin olmayacaq”.

Kuznetsovun sözlərinə görə, Ermənistanın hazırkı Baş nazirinin babası Nasist Almaniyasının elit erməni milli hissələrində xidmət etməyib, necə deyərlər, “siyahılarda görünməyib”, ehtimal ki, digər Vermaxt komandalarında olub.

“Bu birləşmələrin bəziləri Qırmızı ordu tərəfindən məhv edildi (məsələn, 1943-cü ilin yayında Kursk döyüşü zamanı Oryol yaxınlığındakı 1-ci erməni könüllü atıcı batalyonu), bəziləri Fransada Müttəfiq qüvvələr tərəfindən tutuldu, bəziləri isə Fransa Müqavimət Hərəkatına qoşuldu”, - deyə ekspert qeyd edib.

Sonda Kuznetsov məlumatın saxta ola biləcəyini, Paşinyanın işğal olunmuş ərazilərin rəsmi Bakıya qaytarılması ilə bağlı Azərbaycanla danışıqlar aparmaq istəyi ucbatından bir şəxsiyyət və siyasətçi kimi nüfuzdan salınmasına yönəlmiş bir iddia ola biləcəyini də istisna etməyib.

Tarixçinin sözlərinə görə, yayılan sənədlər mütləq arxiv materialları ilə tutuşdurulmalıdır.

Qeyd edək ki, 9 may tarixində Ermənistan Baş naziri Nikol Paşinyan adını daşıdığı babası Nikol Paşinyanın fotosunu paylaşaraq, onun 1943-cü ildə müharibədə öldüyünü qeyd edib.

Bundan dərhal sonra isə sosial şəbəkə istifadəçiləri Yenokavan kəndindən olan Nikol Paşinyanın SS sıralarında Sovet ordusuna qarşı vuruşduğunu və N.Paşinyanın babasının satqın olduğunu bildirib və arxiv sənədləri yayıblar.

Ermənistan Müdafiə Nazirliyi açıqlama verib və bildirib ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan vuruşub – biri SS sıralarında, digəri isə Sovet ordusunda.

Ermənistanın “İravunk.com” saytı arxiv materiallarını dərc edərək, həmin vaxt Yenokovan kəndində yalnız bir Nikol Paşinyan olduğunu yazıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər