Azərbaycanlı idmançı həbsdən azad edildi
Dərc olunub:
2-03-2020, 07:51
Güney azərbaycanlı tanınmış idmançı Kərim İsmailzadə (Kərim Boksçu) Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb.
Axar.az xəbər verir ki, Təbriz sakini olan azərbaycanlı fəal girov qarşılığında azad edilib.
Deyilənə görə, o, Qərbi Azərbaycanın kürddilli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında ETTELAAT tərəfindən saxlanılıb.
Onun ictimaiyyəti təşvişə salmaq ittihamı üzrə saxlandığı bildirilib.