Sizin Reklam Burada

Qarabağda 10 minlərlə yeni iş yeri yaradılacaq

Qarabağda 10 minlərlə yeni iş yeri yaradılacaqİşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımdan da vacib hesab olunur. Artıq Füzuli Beynəlxalq Hava Limanında çalışacaq işçilərin seçimi ilə bağlı vakansiya elan olunub.

Avrasiya.net xəbər verir ki, bunu Füzulinin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hava limanının inşaatında 500 Azərbaycan vətəndaşı çalışır.

"Füzuli, Cəbrayıl və Zəngilana səfər edən zaman digər infrastruktur layihələrinin də intensiv həyata keçirildiyini müşahidə etdik. Həmin layihələrdə çalışanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının drayverinə çevriləcək Qarabağ məşğulluğun təmin olunmasında da xüsusi rola malik olacaq. Məskunlaşma prosesi ilə yanaşı yeni iş yerlərinin yaradılması da əsas prioritetlərdəndir. Artıq rayonlar üzrə müqayisəli üstünlüyə malik olan sektorların qiymətləndirilməsi aparılır. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir. Bu illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir. Bu isə yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin yaradılacağı deməkdir"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər