“Uşaq Avroviziyası”nda Azərbaycan özünə səs verə biləcək

“Uşaq Avroviziyası”nda Azərbaycan özünə səs verə biləcək2025-ci il “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür. Bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək.

Avrasiya.net xəbər verir ki, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməyə qoşulacaqlar.

Səsvermə tamamilə ödənişsizdir və bütün izləyicilər jesc.tv platforması üzərindən səs verə bilərlər. Qaydalara əsasən, hər bir tamaşaçı 3 ölkəyə səs verməlidir və bu seçimlərdən biri, şübhəsiz ki, Azərbaycan ola bilər.

Səsvermə iki mərhələdə həyata keçiriləcək:

Birinci mərhələ 12 dekabrdan 13 dekabra keçən gecə Bakı vaxtı ilə 00:00-dan başlayaraq 13 dekabr saat 19:59-dək davam edəcək.

İkinci mərhələ dekabrın 13-də canlı şoudakı son ifadan dərhal sonra başlayacaq və təxminən 15 dəqiqə aktiv olacaq.

Hər iki mərhələdə Azərbaycan nümayəndəsinə dəstək göstərmək mümkündür.

Azərbaycanı təmsil edən 12 yaşlı Yağmur izləyicilərə müraciət edərək hamını səsvermədə fəal iştirak etməyə çağırır:

“Dəstəyiniz mənim üçün çox önəmlidir. Bu müsabiqədə Azərbaycanın özünə səs vermək imkanı var və hər kəsi jesc.tv saytına daxil olub Azərbaycanı və iki digər ölkəni seçməyə dəvət edirəm.”

“Uşaq Avroviziyası 2025”in finalı dekabrın 13-də baş tutacaq və yekun nəticələrin 50%-i tamaşaçı səsverməsi əsasında müəyyən olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər