Messiyə 20 metrlik heykəl qoyuldu
Dərc olunub:
Bu gün, 04:41
Hindistanda argentinalı futbolçu Lionel Messinin 20 metrlik heykəli qoyulub.
Heykəlin rəsmi açılışı 70.000 tamaşaçı tutumuna malik Kəlküttə şəhərindəki Solt Leyk stadionunda keçiriləcək. Heykəl daha sonra Dieqo Maradonanın abidəsinin yanında ucaldılacaq.
Messi təhlükəsizlik səbəbi ilə açılış mərasimini video bağlantı vasitəsilə izləyəcək.
