Bakı-Quba yolunda qəza oldu - Bacı-qardaş öldü
Dərc olunub:
2-02-2026, 07:48
Bakı–Quba avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avrasiya.net report-a istinadən xəbər verir ki, magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Qəza zamanı 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı və onun qardaşı - 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
