Sizin Reklam Burada

Lerikdə məmurun meyitini arvadı tapıb

Lerikdə məmurun meyitini arvadı tapıb
Lerik Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin məsləhətçisi Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

Aprelin 23-də Lerik sakini, 1977-ci il təvəllüdlü Quliyev Qalib Naib oğlu güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, zəruri istintaq hərəkətləri aparılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Qalib Quliyev həmin gün səhər saat 09 radələrində evdən işə getmək adı ilə çıxıb, saat 12 radələrində arvadı onu evinin yaxınlığında ölmüş vəziyyətdə tapıb. Onun meyitinin yanından öz adına rəsmiləşdirilmiş ov tüfəngi aşkar olunub.

Faktla bağlı Lerik Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Q. Quliyev külli miqdarda borca görə özünü güllələyərək öldürdüyü bildirilir. (Qafqazinfo)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər