Tramp Venesuela hakimiyyətini terror təşkilatı kimi tanıyıb

ABŞ Venesuela hakimiyyətini xarici terror təşkilatı kimi tanıyıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Venesuela ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən "tamamilə mühasirəyə alınıb" və Karakas Vaşinqtondan "oğurlanmış" neft və aktivləri geri qaytarana qədər bu hərbi aktivlik artacaq.

"(Venesuela Prezidenti Nikolas) Maduronun qeyri-qanuni rejimi həmin oğurlanmış neft yataqlarından əldə edilən nefti özünü, narkoterrorizmi, insan alverini, qətlləri və adam oğurluqlarını maliyyələşdirmək üçün istifadə edir. Aktivlərimizi oğurladıqlarına görə və terrorizm, narkotik qaçaqmalçılığı və insan alveri də daxil olmaqla, bir çox digər səbəblərdən Venesuela rejimi xarici terror təşkilatı elan edilib", - deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri bildirib ki, Venesuela limanlarına daxil olan və oradan çıxan bütün sanksiya tətbiq edilmiş neft tankerlərinə qarşı blokada tətbiq edir.

"Maduro rejiminin (ABŞ-ın keçmiş prezidenti Co) Baydenin zəif və səriştəsiz administrasiyası dövründə Birləşmiş Ştatlara göndərdiyi qeyri-qanuni miqrantlar və cinayətkarlar sürətlə Venesuelaya qaytarılır. Amerika cinayətkarların, terrorçuların və ya digər ölkələrin millətimizi qarət etməsinə, hədələməsinə və ya zərər verməsinə, eyni şəkildə, düşmən rejimin neftimizi, torpağımızı və ya hər hansı digər aktivlərimizi mənimsəməsinə imkan verməyəcək. Bunların hamısı dərhal Birləşmiş Ştatlara geri qaytarılmalıdır", - deyə Tramp yekunlaşdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər