Livan XİN rəhbəri Avropaya İranla bağlı çağırış edib

Livan Avropanı İranla danışıqları nüvə və ballistik raket proqramları ilə məhdudlaşdırmamağa, eləcə də Tehranın regional proksilərini də müzakirə mövzusuna çevirməyə çağırıb.

APA İran mediasına istinadən xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Yusif Racci Avropa İttifaqının siyasi və təhlükəsizlik komitəsinin iclasında danışıb.

Nazir bildirib ki, Avropa liderləri ballistik raket proqramı və nüvə məsələsindən əlavə, dialoq gündəliyinə “İranın regiondakı qolları” (proksiləri) mövzusunu da daxil etməlidir.

Qeyd edək ki, bundan əvvəl Yusif Racci İranın Yaxın Şərqdə qeyri-stabillik mənbəyi olduğunu iddia edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər