Ukrayna və ABŞ yenə Mayamidə danışıqlar aparacaq - Zelenski

Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü yenə Mayamidə keçiriləcək.

"Unikal" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxof ilə birgə mətbuat konfransında bildirib.

Zelenski danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

"ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Məncə, yaxın günlərdə – ola bilsin, həftəsonu, ola bilsin, bir az sonra", – deyə Zelenski qeyd edib.

O dəqiqləşdirib ki, danışıqlarda təhlükəsizlik zəmanətləri, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 bəndi müzakirə olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər