Sizin Reklam Burada

Ağ Evin beyin mərkəzinin Rusiyanı çökdürmə planı

Ağ Evin beyin mərkəzinin Rusiyanı çökdürmə planıABŞ-ın Rusiyaya təsir siyasətində olduqca maraqlı gedişlərdən istifadə edilir.

Avrasiya.net xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ağ Ev administrasiyasının Vaşinqtondakı beyin mərkəzlərinin hazırladığı xüsusi plan əsasında Rusiyaya qarşı addımlar atdığının hiss olunduğunu bildirib.

O qeyd edib ki, hadisələrin ardıcıllığı belə düşünməyə əsas verir:

“Ən son proseslərə baxaq: Vaşinqton Rusiyanın Ukrayna ilə sərhəddə gərginliyi artırmasına cavab olaraq Qara dənizə iki hərbi gəmisini göndərəcəyini açıqladı. Rusiya buna cavab olaraq Qara dənizdə hərbi gəmilərinin sayını artırdı. Bundan sonda ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək üçüncü ölkələrin birində görüşməyi təklif etdi. Eyni gündə ABŞ-ın iki hərbi gəmisi Qara dənizə boğazlardan daxil olmaq üçün Türkiyəyə müraciətini geri çəkdi və gözləmə mövqeyinə keçdi.

Kreml hazırki dövrdə prezidentlərin görüşünə ehtiyac olmadığını açıqladıqdan sonra ABŞ Rusiyaya qarşı növbəti sanksiyalarını bəyan etdi. Qəbul olunan qərara əsasən, on Rusiya diplomatı ABŞ-dan qovulur. Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına sanksiya tətbiq olunur”.

Politoloqun sözlərinə görə, ABŞ-ın yeni sanksiyalarının dövlət borclarına yönələcəyi haqda məlumat gəzir və bu, Rusiya iqtisadiyyatı üçün ağır zərbə olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər