Sizin Reklam Burada

Avropada koronavirusa qarşı dərmanın istifadəsinə icazə verildi

Avropada koronavirusa qarşı dərmanın istifadəsinə icazə verildiAvropa Komissiyası (AK) cümə günü antiviral dərman “Remdesivir”in COVID-19-un müalicəsi üçün Avropa İttifaqı ölkələri arasında istifadəsini təsdiqləyib.

“İnterfax” bu barədə AK-nın səhiyyə məsələləri üzrə nümayəndəsi Stella Kiriakidisin açıqlamasına istinadla xəbər yayır.

O, qeyd edib ki, COVID-19-un müalicəsi üçün ilk (Aİ-də) dərmanının təsdiqlənməsi virusa qarşı mübarizədə vacib addımdır.

“Remdesivir”in istifadə icazəsi “Avropa Dərman Agentliyi”nin 12 yaşdan yuxarı pnevmoniyadan əziyyət çəkən və oksigen dəstəyinə ehtiyacı olan xəstələrin müalicəsində istifadəsinə şərti icazəsindən sonra baş verdi.

Dərmanın effektivliyinin qiymətləndirilməsi əsasən, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun dəstəyi ilə aparılan tədqiqatın nəticələrinə əsaslanır.

Qeyd edək ki, ABŞ mayın əvvəlində “Remdesivir”dən xəstəxanalarda koronavirus xəstələrinin müalicəsi üçün istifadəyə icazə verib. Sonra dərmanın istifadəsi Yaponiya və Cənubi Koreyada təsdiq edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər